Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Venesuela narkotik qaçaqmalçılığı ilə mübarizə üçün ABŞ ilə dialoqa hazırdır - Maduro

    2 Yanvar 2026 11:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Venesuela Prezidenti Nikolas Maduro ABŞ administrasiyasının təzyiqləri və hərbi əməliyyatları davam etdirdiyi bir vaxtda Karakasın narkotik qaçaqmalçılığı ilə mübarizə məsələsində Vaşinqtonla konstruktiv dialoqa hazır olduğunu bəyan edib.

    AzerVoice xəbər verir ki, Maduro, ABŞ ilə bu sahədə razılaşma üzrə danışıqlara açıq olduqlarını bildirib, lakin ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Venesueladakı bir limana təşkil etdiyi iddia edilən pilotsuz uçuş aparatı hücumu ilə bağlı şərh verməkdən imtina edib.

    Maduro Vaşinqtonun ötən ilin avqust ayından etibarən Karib dənizində genişmiqyaslı hərbi mövcudluq yaratmaqla Venesuelada hakimiyyət dəyişikliyinə nail olmağa və ölkənin zəngin neft ehtiyatlarına çıxış əldə etməyə çalışdığını bir daha vurğulayıb.

    “Onlar nə istəyir? Təhdid, təzyiq və güc yolu ilə özlərini qəbul etdirməyə çalışdıqları açıqdır. Artıq hər iki tərəfin faktlara əsaslanaraq ciddi şəkildə danışmağa başlamasının vaxtı çatıb” – deyə Maduro bildirib.

    O qeyd edib ki, əgər ABŞ narkotik qaçaqmalçılığı ilə mübarizə mövzusunda real və səmimi danışıqlara hazırdırsa, Venesuela da bu prosesə açıqdır.

    Maduro əlavə edib ki, Vaşinqtonun marağı neftdirsə, Karakas ABŞ investisiyalarına açıqdır:

    “Əgər neft istəyirlərsə, Venesuela Chevron nümunəsində olduğu kimi ABŞ sərmayələri üçün açıqdır. Nə vaxt istəsələr, harada istəsələr və necə istəsələr”.

    Qeyd edək ki, Chevron hazırda Venesuela xam neftini ABŞ-yə ixrac edən yeganə iri Amerika şirkətidir. Venesuela dünyada təsdiqlənmiş ən böyük neft ehtiyatlarına malik ölkə hesab olunur.

    Müsahibə ABŞ ordusunun yeni il gecəsi narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən beş qayığa hücum etdiyini elan etdiyi gün qeydə alınıb. Tramp administrasiyasının açıqladığı rəqəmlərə görə, son əməliyyatlarla birlikdə hücuma məruz qalan qayıqların sayı 35-ə, həlak olanların sayı isə azı 115 nəfərə çatıb. Ölənlər arasında Venesuela vətəndaşlarının da olduğu bildirilir.

    ABŞ Prezidenti Donald Tramp bu hücumları ABŞ-yə narkotik axınının qarşısını almaq üçün zəruri addım kimi əsaslandıraraq, Vaşinqtonun narkotik kartelləri ilə “silahlı qarşıdurma”ya girdiyini iddia edib.

    Hücumlar əvvəlcə Venesuelanın Karib sahillərində başlayıb, daha sonra Şərqi Sakit okeana qədər genişlənib. Bundan əlavə, ötən həftə ABŞ-ın Venesuela narkotik kartelləri tərəfindən istifadə edildiyini düşündüyü bir limana edilən PUA hücumunun arxasında CIA-nin dayandığı iddia olunub.

    Venesuela Prezidenti ölkə ərazisində aparılan əməliyyatla bağlı suallara cavab verməkdən imtina etsə də, bir neçə gün ərzində mövzuya münasibət bildirə biləcəyini qeyd edib.

    #ABŞ #Venesuela #Nikolas Maduro #Vaşinqton #Karakas #ABŞ Venesuela əməliyyatı #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela böhranı #ABŞ Venesuela hərbi müdaxilə #ABŞ–Venesuela münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampdan İrana sərt bəyənat - Silahlarımız hazırdır, İran dinc etirazçılara zor tətbiq edərsə, müdaxilə ediləcək

    2 Yanvar 2026 12:30

    ABŞ və İsrail Qəzza üzrə atəşkəsin ikinci mərhələsi barədə razılığa gəldi

    2 Yanvar 2026 10:38

    USACC ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək

    2 Yanvar 2026 10:15

    Qlobal nizamın sarsılması və Fələstinin yenidən mərkəzə qayıdışı

    1 Yanvar 2026 18:33

    İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

    1 Yanvar 2026 16:44

    Suriya Hələb şəhərində İŞİD-in Yeni il bayramı ilə bağlı terror planının qarşısının alındığını açıqlayıb

    1 Yanvar 2026 16:31

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    1 Yanvar 2026 13:34

    Hər hansı bir hücuma sərt cavab verəcəyik - Pezeşkian

    30 Dekabr 2025 17:00

    Sudanda inqilabın 7-ci ildönümü: BƏƏ humanitar yardım və sülh çağırışını təkrar etdi

    30 Dekabr 2025 12:12

    ABŞ İsrailə 25 ədəd yeni F-15IA qırıcı təyyarəsinin tədarükünü təsdiqlədi

    30 Dekabr 2025 12:05

    Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib

    30 Dekabr 2025 09:25

    İran ABŞ-la danışıqların yalnız rəsmi kanallarla aparılacağını bildirdi

    29 Dekabr 2025 16:57
    Demo
    XƏBƏR LENTİ

    Trampdan İrana sərt bəyənat - Silahlarımız hazırdır, İran dinc etirazçılara zor tətbiq edərsə, müdaxilə ediləcək

    Türkiyədə dövlət xəstəxanası tibbi materiallarının alınması üçün tender elan edib

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

    Venesuela narkotik qaçaqmalçılığı ilə mübarizə üçün ABŞ ilə dialoqa hazırdır - Maduro

    Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür

    ABŞ və İsrail Qəzza üzrə atəşkəsin ikinci mərhələsi barədə razılığa gəldi

    USACC ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək

    Prezident İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verib

    FIFA yeni futbol mükafatının təsis edildiyini elan etdi

    Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.