Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Nigeriyada ordu ilə silahlı qarşıdırmada 80 nəfər öldürülüb

    27 Oktyabr 2025 08:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Nigeriyanın şimal-qərb bölgəsində ordu qüvvələri ilə baş verən toqquşmalarda cinayətkar dəstələrə mənsub 80 nəfər öldürülüb. Bu barədə BMT-nin təhlükəsizlik hesabatına istinadən AFP agentliyi məlumat yayıb.Son illər “quldurlar” kimi tanınan silahlı dəstələr Nigeriyanın şimal-qərb və mərkəzi bölgələrində kəndləri və qəsəbələri basaraq mal-qaranı oğurlayır və girov götürdükləri insanlardan fidyə tələb edirlər.

    Ən son hücum zamanı Nigeriya əsgərləri cümə və şənbə günləri Kebi əyalətinin Nqaski bölgəsində böyük bir dəstə ilə qarşıdurmaya girib. BMT hesabatına görə, döyüşlər nəticəsində “80 quldur məhv edilib”.

    Hesabatda qeyd olunur ki, əsgərlər silahlıları qonşu Zamfara əyalətindəki bazalarından Kebi əyalətinə “sızmağa cəhd göstərərkən” yaxalayıblar. Ordu bazar günü yayımladığı bəyanatda bildirib ki, qüvvələr beş yaşayış məntəqəsinə “koordinasiyalı hücumlar planlaşdıran quldurları” zərərsizləşdiriblər. Atışma üç saat davam edib.

    Ordu bəyan edib ki, əməliyyat zamanı silah-sursat və motosikllər müsadirə olunub, bir nəfər girov xilas edilib. Lakin insan itkiləri barədə məlumat verilməyib. BMT hesabatında əlavə olunur ki, Kebi əyaləti hələ də sərhəd boyunca hərəkət edən quldur dəstələrinin hücumlarına məruz qalır.

    Hesabatda bildirilir ki, ölkənin şimal-qərbində Sahel bölgəsində fəaliyyət göstərən terror qrupları ilə əlaqəli “Lakurawa” (Lakurava) adlı yeni qrupun meydana çıxması təhlükəsizlik vəziyyətinin daha da pisləşməsinə səbəb olub.

    Nigeriyada quldur böhranı əvvəlcə fulani köçəriləri ilə əkinçi icmalar arasında toqquşmalardan başlayıb, lakin sonradan silah alveri ilə qidalanan daha genişmiqyaslı münaqişəyə çevrilib. Cinayətkar dəstələr dövlətin nəzarətinin zəif olduğu kənd yerlərində yaranan təhlükəsizlik boşluğundan istifadə edirlər.

    Rəsmilər, əsasən maliyyə maraqları ilə hərəkət edən bu cinayətkar dəstələr və 16 ildir ölkənin şimal-şərqində “İslam xilafəti” qurmaq uğrunda döyüşən cihadçılar arasında artan əməkdaşlıqdan narahatlıqlarını ifadə ediblər.

    #Nigeriya #İran Nigeriyada şiələri dəstəkləyir #Nigeriya İslam Hərəkatı xəbərləri #Nigeriyada şiə-sünni qarşıdurması #Nigeriyada Qüds Günü yürüşü #Nqaski #Lakurawa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub

    21 Noyabr 2025 19:06

    Qətərdə U17 dünya kuboku start götürüb

    3 Noyabr 2025 16:57

    ABŞ ordusu Nigeriyada qüvvə yerləşdirə və ya hava zərbələri endirə bilər – Tramp

    3 Noyabr 2025 12:01

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    Ademola Lookman Atalantaya qayıdıb

    11 Sentyabr 2025 16:31

    Nigeriyada silahlı hücumlarda 1000-dən çox insan ölüb

    15 İyul 2025 16:54

    Nigeriyada ərzaq böhranı dərinləşir

    14 İyul 2025 10:27

    Nigeriyanın sabiq prezidenti vəfat edib

    13 İyul 2025 20:50

    Nigeriyada avtobusa edilən hücumda ölənlərin sayı artıb

    24 İyun 2025 16:05

    Nigeriyada daşqın nəticəsində ölənlərin sayı 117-ə çatıb

    30 May 2025 18:26

    Nigeriyada bərənin batması nəticəsində azı 37 nəfər ölüb

    18 May 2025 16:23
    Demo
    XƏBƏR LENTİ

    Post-həqiqət dövründə siyasi marketinq: Donald Tramp nümunəsi

    Antisemitizm İsrailə nə qazandırdı?

    Bu gün Pan Am 103 saylı reys Şotlandiya üzərində partladıldı- hadisə necə baş verdi?

    Tarixdə bu gün – 21 Dekabr

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    Husilər tərəfindən saxlanılan əməkdaşların sayı 69-a çatıb - BMT

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Şimali Makedoniya Prezidenti TİKA-ya təşəkkür edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.