Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    20 Dekabr 2025 21:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvü və danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

    AzerVoice -un verdiyi məlumata görə, İstanbulda baş tutan görüş Qəzzada atəşkəs razılaşması çərçivəsində təşkil olunub. HƏMAS nümayəndə heyəti atəşkəs şərtlərinə əməl etdiklərini bildirərək, İsrail tərəfinin pozuntuları barədə MİT rəhbərinə məlumat verib.

    Görüş zamanı Türkiyənin zəmanətçi ölkə kimi Qəzzada atəşkəsin qorunması istiqamətində apardığı intensiv fəaliyyətə xüsusi diqqət yetirilib, İsrail tərəfindən mümkün pozuntuların qarşısının alınması yolları müzakirə edilib.

    Tərəflər Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid üçün zəruri şərtlərin yaradılması, mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

    Görüşdə Türkiyənin Qəzzaya göstərdiyi humanitar yardım barədə məlumat təqdim olunub, regional ölkələr və beynəlxalq təşkilatlarla birgə, xüsusilə çadır təminatı da daxil olmaqla, humanitar yardımın genişləndirilməsi məsələləri müzakirə edilib.

    Sonda tərəflər Fələstin daxilində milli barışığın vacibliyini və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinin qorunmasının zəruriliyini bir daha vurğulayıblar.

    #MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşdü #Türkiyə Qəzzada atəşkəsin qorunması üçün səyləri artırır #İstanbulda MİT–HƏMAS görüşü keçirildi #Türkiyənin Qəzza atəşkəsində rolu: yeni məsləhətləşmələr #MİT rəhbəri Qəzza sülh prosesi üzrə danışıqlar apardı #Atəşkəsin ikinci mərhələsi gündəmdə #MİT və HƏMAS Qəzza atəşkəsini müzakirə etdi #Türkiyə Qəzza üzrə zəmanətçi rolunu vurğuladı #Глава разведки Турции встретился с делегацией ХАМАС #Turkey’s Intelligence Chief Meets Hamas Delegation in Istanbul #MIT Head Holds Talks with Hamas on Gaza Ceasefire #Turkey Discusses Gaza Truce with Hamas Representatives
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə XİN Avropa Parlamentinin qərarlarına sərt etiraz bildirib

    13 Fevral 2026 21:27

    Ankara Banqladeşdəki seçki nəticələrini yüksək qiymətləndirib

    13 Fevral 2026 19:57

    Ərdoğan və Sudani arasında telefon danışığı olub

    13 Fevral 2026 19:21

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

    13 Fevral 2026 12:57

    İstanbulda çirkli gəlirlərin leqallaşdırılması işi üzrə 16 nəfər saxlanılıb

    13 Fevral 2026 11:19

    Türkiyədə 12 vilayətdə mütəşəkkil cinayət şəbəkələrinə qarşı əməliyyat keçirilib

    13 Fevral 2026 10:04

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    12 Fevral 2026 22:28

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    12 Fevral 2026 19:52

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    12 Fevral 2026 19:01

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.