Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Ademola Lookman Atalantaya qayıdıb

    11 Sentyabr 2025 16:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Atalantanın nigeriyalı hücumçusu Ademola Lookman, yay transfer dönəmində İnterə keçidlə bağlı yaranmış mübahisələrin ardından yenidən komanda ilə məşqlərə qatılıb.

    AzerVoice xəbər verir ki, İnter, 27 yaşlı futbolçunun transferi üçün 45 milyon avro təklif etsə də, Atalanta bu təklifi qəbul etməyib.

    Məsələ səbəbilə avqust ayında klubla münasibətləri gərginləşən və hətta sosial media hesablarından Atalanta paylaşımlarını silən Lookman, milli komandadakı çıxışından sonra yenidən baş məşqçi İvan Yuriçin kollektivinə daxil olub.

    Ötən mövsüm bütün turnirlərdə 20 qol vuran Lookman, Atalantanın hücum gücünün ayrılmaz hissəsi sayılır. Klub rəhbərliyi futbolçunun komandada qalmasını strateji baxımdan vacib hesab edir. Bu vəziyyət ötən mövsümdə də yaşanmış, transfer pəncərəsinin bağlanmasından sonra futbolçu geri dönərək komandanın uğurlarında həlledici rol oynamışdı.

    Nigeriya millisinin heyətində Rvanda və Cənubi Afrika ilə keçirilən Dünya çempionatı seçmə oyunlarında ümumilikdə 165 dəqiqə oynayan Lookman, yaxşı fiziki hazırlığını nümayiş etdirib. Lakin hücumçunun Serie A-da Lecce qarşılaşmasında iştirakı gözlənilmir. Onun Çempionlar Liqasının açılış turunda PSJ ilə matç üçün heyətə daxil ediləcəyi ehtimal olunur.

    Lookmanın qayıdışı ilə Atalantanın hücum xəttində alternativlər artır. O, Gianluca Skamakka və Charles De Ketelaere ilə birgə komandanın Avropa və Serie A hədəflərinə çatmasında mühüm rol oynayacaq.

    #Nigeriya #PSJ #Çempionlar Liqası #İnter #Atalanta #İtaliya Birinci Futbol Liqası (A Seriyası) #Ademola Lookman #Gianluca Skamakka #Charles De Ketelaere
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniyalı hücumçu "Milan"a keçir

    20 Dekabr 2025 15:52

    Ceyhun Bayramov Napoli – Qarabağ oyununu stadiondan izləyib

    26 Noyabr 2025 09:10

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub

    21 Noyabr 2025 19:06

    Napoli - Qarabağ oyununun biletləri satışa çıxarılıb

    11 Noyabr 2025 10:44

    Napoli baş məşqçisi ilə yollarını ayıra bilər

    10 Noyabr 2025 16:43

    Qətərdə U17 dünya kuboku start götürüb

    3 Noyabr 2025 16:57

    ABŞ ordusu Nigeriyada qüvvə yerləşdirə və ya hava zərbələri endirə bilər – Tramp

    3 Noyabr 2025 12:01

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    Nigeriyada ordu ilə silahlı qarşıdırmada 80 nəfər öldürülüb

    27 Oktyabr 2025 08:51

    Mbappe Ronaldonun Rekorunu Qırmağa Doğru İrəliləyir

    24 Oktyabr 2025 11:57

    Çempionlar Liqasında üçüncü turun həyəcanı başlayır

    20 Oktyabr 2025 13:26
    Demo
    XƏBƏR LENTİ

    Post-həqiqət dövründə siyasi marketinq: Donald Tramp nümunəsi

    Antisemitizm İsrailə nə qazandırdı?

    Bu gün Pan Am 103 saylı reys Şotlandiya üzərində partladıldı- hadisə necə baş verdi?

    Tarixdə bu gün – 21 Dekabr

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    Husilər tərəfindən saxlanılan əməkdaşların sayı 69-a çatıb - BMT

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Şimali Makedoniya Prezidenti TİKA-ya təşəkkür edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.