Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul olunub

    21 Noyabr 2025 19:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

    AzerVoice bəyannamənin mətnini təqdim edir.

    “Biz - İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvlərinin - Azərbaycan Respublikasının, Banqladeş Xalq Respublikasının, Misir Ərəb Respublikasının, İndoneziya Respublikasının, İran İslam Respublikasının, Malayziyanın, Nigeriya Federativ Respublikasının, Pakistan İslam Respublikasının və Türkiyə Respublikasının hökumətləri və media nümayəndələri 2025-ci il noyabrın 21-də “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən birinci D-8 Media Forumu üçün Azərbaycanın Bakı şəhərində görüşdük.

    Biz D-8-in gücləndirilməsinə, onun daha dinamik, nüfuzlu iqtisadi blok kimi inkişaf etdirməyə yönəlmiş liderliyinə və dəyərli töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

    Biz, həmçinin D-8-in bütün üzv dövlətlərinin, xüsusilə informasiya nazirliklərinin, milli media orqanlarının və media agentliklərinin Forumun işinə verdikləri fəal və dəyərli töhfələri yüksək qiymətləndiririk.

    D-8-in prinsiplərini bir daha təsdiqləyərək və inkişaf edən qlobal media müihitində daha fəal əməkdaşlığın getdikcə artan əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:

    Qarşılıqlı anlaşmanı, regional həmrəyliyi və ortaq inkişaf məqsədlərini təşviq etmək üçün D-8-in üzv dövlətləri arasında media sahəsində əməkdaşlığı gücləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

    D-8 Media Forumunun inklüzivliyi və ortaq məsuliyyəti təmin etmək üçün D-8 üzv dövlətləri tərəfindən təşkil olunan bir platforma kimi institutlaşdırılması təklifini qəbul edirik.

    Bütün üzv dövlətlərin fəal iştirakı ilə təlim, tədqiqat, innovasiya, rəqəmsal bacarıqların inkişafı və əlaqələndirilmiş kommunikasiya təşəbbüsləri üçün Azərbaycan tərəfindən təşkil olunacaq D-8 Media Mükəmməlliyi Mərkəzinin ən tez zamanda fəaliyyətə başlamasına çağırış edirik.

    D-8-in üzv dövlətlərdə institusional və insan resursları imkanlarını gücləndirmək üçün D-8 Media Mükəmməlliyi Mərkəzi vasitəsilə strukturlaşdırılmış potensialın artırılması proqramları, seminarlar və peşəkar mübadilələrin inkişaf etdirilməsi.

    İnformasiya mübadiləsini möhkəmləndirmək, strategiyaları uyğunlaşdırmaq və birgə məzmunla bağlı təşəbbüsləri dəstəkləmək üçün milli media orqanları, xəbər agentlikləri və ictimai yayımçılar arasında əməkdaşlığın gücləndirilməsi.

    Proqram mübadiləsi, birgə istehsal, həmçinin mədəniyyət və təhsil sahəsi ilə bağlı məzmunun paylaşılmasını asanlaşdırmaq üçün D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təşəbbüsünün nəzərə alınması.

    D-8-in birgə istehsal və ölkələrarası məlumatların yayılması üçün D-8 rəqəmsal platformaların yaradılmasının təşviq edilməsi və bununla da qlobal miqyasda D-8-lə bağlı məlumatlaırn ictimaiyyətə çatdırılmasının təmin olunması.

    Paylaşılan fakt yoxlama mexanizmləri, ortaq yoxlama vasitələri və sürətli kommunikasiya kanalları vasitəsilə yanlış məlumatlandırma, dezinformasiya və nifrət nitqinə qarşı mübarizə aparmaq məqsədilə əlaqələndirilmiş səylərin təşviqi.

    Zərərli rəqəmsal məzmuna və qarşıya çıxan risklərə qarşı kollektiv dayanıqlığın təmin edilməsi üçün beynəlxalq media təşkilatları, tədqiqat qurumları və qlobal kommunikasiya şəbəkələri ilə tərəfdaşlığın gücləndirilməsi.

    Jurnalistikanın etik standartlarının təmin olunması və bütün media formatlarında peşəkarlığı, məsuliyyəti və dəqiqliyi özündə ehtiva edən vahid D-8 davranış kodeksinin hazırlanmasının dəstəklənməsi.

    Üzv dövlətlərdə rəqəmsal baxımdan məlumatlı vətəndaşlığı və daha təhlükəsiz onlayn mühiti təşviq etmək məqsədilə xüsusilə gənclər və müəllimlər üçün media savadlılığı təşəbbüslərinin inkişaf etdirilməsi.

    Media texnologiyalarında məsuliyyətli innovasiyanı, həmçinin məzmun yaradılması, yoxlanılması və idarə olunmasında süni intellektdən şəffaf və etik istifadənin təmin edilməsinin dəstəklənməsi.

    Jurnalistika institutları və məktəbləri arasında əməkdaşlığın gücləndirilməsi, təqaüdlərin, akademik mübadilələrin və jurnalistlər üçün peşəkar inkişafın təşviq edilməsi.

    D-8 Media Mükəmməlliyi Mərkəzinin Azərbaycandakı rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazır olduğumuzu bildirir və onun səmərəli fəaliyyətini dəstəkləmək, ortaq prioritetlərin həyata keçirilməsinə dəstək vermək və D-8-in bütün üzv dövlətlərində media sahəsində əməkdaşlığın gücləndirilməsini inkişaf etdirmək üçün kollektiv öhdəliyimizi bir daha vurğulayırıq.

    Biz inanırıq ki, bu Bəyannamənin səmərəli şəkildə həyata keçirilməsi daha sıx qarşılıqlı əlaqəli, məlumatlandırılmış və davamlı D-8 media məkanına töhfə verəcək, bu da ölkələrimiz arasında sülhü, inkişafı və qarşılıqlı anlaşmanı dəstəkləyəcək.

    İlk dəfə təşkil olunan D-8 Media Forumunun uğurla keçirilməsi üçün yüksək səviyyədə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə minnətdarlığımızı bildiririk".

    #Türkiyə #İran #Azərbaycan #Bakı #Pakistan #Misir #Malayziya #Nigeriya #İndoneziya #Banqladeş #D-8 Media Forumu #Bakı Bəyannaməsi #İqtisadi Əməkdaşlıq Təşkilatı(D-8)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    7 Yanvar 2026 17:54

    AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

    7 Yanvar 2026 17:14

    Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

    7 Yanvar 2026 16:49

    Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə müzakirələr aparılıb

    7 Yanvar 2026 14:57

    Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan dünyaya daha böyük töhfələr verəcək – Sahil Kərimli

    7 Yanvar 2026 14:35

    Keçən il Türkiyədən Azərbaycana sement ixracı 44 milyon dolları keçib (ÖZƏL)

    7 Yanvar 2026 14:07

    Keçən il Türkiyədən Azərbaycana dəri məhsulları ixracı 12 milyon dolları keçib (ÖZƏL)

    7 Yanvar 2026 12:25

    Əfqanıstan terrorçuların və qeyri-dövlət aktorlarının mərkəzinə çevrilir - Pakistan

    7 Yanvar 2026 11:46

    Keçən il Türkiyədən Azərbaycana xalça ixracı 9 milyon dolları keçib (ÖZƏL)

    7 Yanvar 2026 10:37

    Paytaxtda svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb

    7 Yanvar 2026 10:10

    Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

    7 Yanvar 2026 09:45

    “Memar Əcəmi” stansiyasının daha bir keçidində təmir işlərinə başlanılır

    6 Yanvar 2026 17:51
    Demo
    XƏBƏR LENTİ

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub

    Venesuela hələ başlanğıcdır: ABŞ qlobal nizamı dağıdır

    Mətbuat assosiasiyası İsrailin Qəzzaya media girişinə qoyduğu qadağanı pisləyib

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    Bakıda II Qadın Liderləri Zirvəsi keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.