Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    20 Dekabr 2025 22:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Böyük Britaniyanın The Guardian qəzetinin apardığı araşdırmaya görə, Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər Sudanın Çevik Dəstək Qüvvələrinə (RSF) döyüşmək üçün yüzlərlə kolumbiyalı muzdlunun cəlb edilməsində iştirak edib.

    Araşdırmada bildirilir ki, Londonun şimalında, Tottenham bölgəsində Creighton Road yaxınlığında yerləşən birotaqlı mənzil Böyük Britaniya hökumətinin rəsmi reyestr sənədlərinə əsasən, Sudanda RSF sıralarında döyüşən muzdluların kütləvi şəkildə cəlb olunması ilə məşğul olan transmilli şirkətlər şəbəkəsi ilə əlaqələndirilir.

    Məlumata görə, kolumbiyalı muzdlular 2025-ci ilin oktyabr ayının sonlarında Sudanın cənub-qərbində yerləşən Əl-Faşir şəhərinin RSF tərəfindən ələ keçirilməsində birbaşa iştirak edib. Analitiklərin qiymətləndirməsinə görə, bu hadisədən sonra baş verən zorakılıq dalğası ən azı 60 min insanın həyatına son qoyub.

    “The Guardian” yazır ki, sözügedən mənzil “Zeuz Global” adlı şirkətin ünvanı kimi qeydiyyata alınıb. ABŞ Maliyyə Nazirliyi tərəfindən ötən həftə sanksiyaya məruz qalan, RSF üçün kolumbiyalı muzdluların cəlb edilməsində əsas rol oynadığı iddia edilən iki şəxs bu şirkəti yaradıb.

    Qəzetin məlumatına görə, həmin şəxslər 50 yaşlarında olan Kolumbiya vətəndaşlarıdır və Böyük Britaniyanın rəsmi Companies House reyestr sənədlərində Böyük Britaniyada yaşayan şəxslər kimi göstəriliblər.

    Araşdırmada qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin 9 dekabr tarixində sanksiyaları elan etməsindən cəmi bir gün sonra – 10 dekabrda – “Zeuz Global” fəaliyyət ünvanını Londonun mərkəzinə dəyişib. Şirkətin təqdim etdiyi yeni poçt indeksi Covent Garden bölgəsində yerləşən “One Aldwych” beşulduzlu otelinə uyğun gəlir.

    Lakin sənədlərdə ünvanın ilk sətrinin “4dd Aldwych” kimi göstərilməsi 100 metr aralıda yerləşən “Waldorf Hilton” oteli ilə uyğunluq təşkil edir. Hər iki otel “The Guardian”a açıqlamasında “Zeuz Global” ilə heç bir əlaqələrinin olmadığını və ünvanlarının niyə istifadə edildiyini bilmədiklərini bildirib.

    BMT-nin Sudan üzrə Ekspert Qrupunun sabiq üzvü, tədqiqatçı Mike Lewis məsələni dəyərləndirib.

    “ABŞ hökumətinin muzdluların cəlbini idarə etdiyini iddia etdiyi əsas fiqurların Londonun şimalında bir mənzildən fəaliyyət göstərən şirkət qurması və hətta Böyük Britaniyada yaşadıqlarını bəyan etməsi ciddi narahatlıq doğurur.”-o, deyib.

    “The Guardian”ın sorğusuna baxmayaraq, Companies House “Zeuz Global”ın faktiki fəaliyyəti barədə hər hansı məlumat verib-vermədiyini açıqlamayıb, həmçinin sanksiyaya məruz qalan şəxslərin həqiqətən Böyük Britaniyada yaşayıb-yaşamadığını təsdiqləməyib.

    Şirkətlə əlaqə saxlamaq da mümkün olmayıb: may ayında yaradılan “Zeuz Global”ın internet saytı hazırda “yenilənmə mərhələsində” kimi göstərilir və heç bir əlaqə məlumatı yer almır.

    #Araşdırma: Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb #The Guardian: London izi Sudandakı muzdlular şəbəkəsinə aparır #RSF üçün muzdluların cəlbi Londondan idarə edilib – araşdırma #Sudan müharibəsində muzdlular: Britaniya şirkətlərinin gizli rolu #London mənzili və Sudan döyüşləri: Zeuz Global iddiası #RSF və kolumbiyalı muzdlular: Avropadan Afrikaya uzanan xətt #UK Firms Linked to Recruitment of Colombian Mercenaries for Sudan’s RSF – Report #Guardian Investigation: London-Based Company Tied to RSF Mercenary Network #Colombian Fighters Recruited via UK-Registered Firms for Sudan War #London Address Linked to Mercenaries Fighting for Sudan’s Rapid Support Forces #Report Raises Alarm Over UK Links to RSF Mercenary Recruitment #Guardian Finds London Trail in Sudan Mercenary Operation #Mercenary Network for RSF Traced Back to UK Firms
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    20 Dekabr 2025 22:35

    Husilər tərəfindən saxlanılan əməkdaşların sayı 69-a çatıb - BMT

    20 Dekabr 2025 22:15

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    20 Dekabr 2025 21:48

    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

    20 Dekabr 2025 21:29

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    20 Dekabr 2025 21:10

    İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

    20 Dekabr 2025 18:53

    İsrail ordusu HƏMAS hücumu ərəfəsində kəşfiyyat məlumatlarını düzgün dəyərləndirməyib - İsrail mediası

    20 Dekabr 2025 18:36

    Ukraynada seçkilərin vaxtını və formatını Putin müəyyən edə bilməz - Zelenski

    20 Dekabr 2025 18:19

    Kral Salman Qətərin FIFA Ərəb Kuboku 2025-dəki uğurunu təbrik edib

    20 Dekabr 2025 14:09

    İran vətəndaşı MOSSAD ilə əlaqələrinə görə edam edildi

    20 Dekabr 2025 12:02

    Pakistanın sabiq Baş nazirinə hökm oxundu

    20 Dekabr 2025 11:53

    Putinin xüsusi nümayəndəsi ABŞ-a gedib

    20 Dekabr 2025 11:29
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 21 Dekabr

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    Husilər tərəfindən saxlanılan əməkdaşların sayı 69-a çatıb - BMT

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Şimali Makedoniya Prezidenti TİKA-ya təşəkkür edib

    300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladıq - Ərdoğan

    İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

    İsrail ordusu HƏMAS hücumu ərəfəsində kəşfiyyat məlumatlarını düzgün dəyərləndirməyib - İsrail mediası

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.