Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Şimali Makedoniya Prezidenti TİKA-ya təşəkkür edib

    20 Dekabr 2025 20:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ölkəsinə göstərilən dəstəyə görə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)-nın fəaliyyətini yüksək qiymətləndirib.

    AzerVoice xəbər verir ki, TİKA Şimali Makedoniyanın Ohrid şəhərində yerləşən Ohrid Hidrobiologiya İnstitutuna nəqliyyat vasitələri təqdim edib, həmçinin avadanlıq və təmir dəstəyi göstərib. Layihənin təqdimat mərasimində Şimali Makedoniya prezidenti ilə yanaşı, Türkiyənin Skopyedəki səfiri Fatih Ulusoy, TİKA-nın rəhbəri Abdullah Eren, eləcə də yerli idarəetmə nümayəndələri iştirak ediblər.

    Prezident Silyanovska-Davkova bildirib ki, bu təşəbbüs elm və etik dəyərlər arasında ayrılmaz əlaqəni nümayiş etdirir və TİKA-nın addımı məsuliyyətli yanaşmanın göstəricisidir.

    Türkiyənin Şimali Makedoniyadakı səfiri Fatih Ulusoy layihənin xüsusilə Ohrid gölünün qorunmasına töhfə verəcəyini qeyd edib.

    TİKA rəhbəri Abdullah Eren isə vurğulayıb ki, agentlik indiyədək Şimali Makedoniyada 1300-dən çox layihə həyata keçirib və bu təşəbbüslər təhsil, səhiyyə, kənd təsərrüfatı və inzibati infrastruktur daxil olmaqla geniş sahələri əhatə edir.

    Qeyd olunub ki, TİKA eyni zamanda Ohrid yaxınlığındakı Plasnitsa bələdiyyəsində tibb mərkəzinin tikintisi və təchizatını da reallaşdırıb.

    #Şimali Makedoniya Prezidenti TİKA-ya təşəkkür etdi #TİKA Şimali Makedoniyada elmi və ekoloji layihəni dəstəklədi #Ohriddə TİKA-nın yeni layihəsi istifadəyə verildi #TİKA-nın Şimali Makedoniyadakı fəaliyyəti yüksək qiymətləndirildi #Ohrid gölünün qorunmasına Türkiyə dəstəyi #TİKA Balkanlarda əməkdaşlığı genişləndirir #Şimali Makedoniya rəhbərliyi TİKA-nın dəstəyini vurğuladı #Türkiyə agentliyi Ohriddə elmi layihə həyata keçirdi #Президент Северной Македонии поблагодарила TİKA за поддержку #TİKA реализовала новый проект в Охриде
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    20 Dekabr 2025 21:10

    Şimali Makedoniya Prezidenti TİKA-ya təşəkkür edib

    20 Dekabr 2025 20:43

    300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladıq - Ərdoğan

    20 Dekabr 2025 20:21

    Türkiyə Çelik Kubbe hava müdafiə sistemini inventarına qatıb

    20 Dekabr 2025 17:00

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    Türkiyə ilə Oman arasında 17 sahəni əhatə edən əməkdaşlıq protokolu imzalanıb

    20 Dekabr 2025 14:20

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08

    Türkiyə SDQ-yə Ultimatum verdi

    20 Dekabr 2025 12:37

    Türkiyədə mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirlib

    20 Dekabr 2025 09:51

    Kocaelidə aşkar edilən Orlan-10 PUA-sı ilə bağlı yeni detal məlum olub

    19 Dekabr 2025 23:31

    Türkiyədə şəhərsalma yenilənməsi ilə 2,3 milyondan çox bina yenilənir

    19 Dekabr 2025 22:05

    Türkiyədə Orlan-10 tipli Rus PUA-sı tapılıb

    19 Dekabr 2025 21:43
    Demo
    XƏBƏR LENTİ

    Husilər tərəfindən saxlanılan əməkdaşların sayı 69-a çatıb - BMT

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

    MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Şimali Makedoniya Prezidenti TİKA-ya təşəkkür edib

    300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladıq - Ərdoğan

    İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

    İsrail ordusu HƏMAS hücumu ərəfəsində kəşfiyyat məlumatlarını düzgün dəyərləndirməyib - İsrail mediası

    Ukraynada seçkilərin vaxtını və formatını Putin müəyyən edə bilməz - Zelenski

    Qızıl Topu qazanan ərəb: Benzemanın qalmaqallar, uğurlar və rekordlarla dolu həyatı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.