Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrailin Fələstinə hücumları Avropada etirazla qarşılanır

    20 Sentyabr 2025 21:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsveçin paytaxtı Stokholm və Yunanıstanın paytaxtı Atinada İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatlarına etiraz olaraq nümayişlər keçirilib.

    AzerVoice xəbər verir ki, Stokholmda bir araya gələn yüzlərlə etirazçı, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını "soyqırımı müharibəsi" adlandıraraq bu prosesin dayandırılmasını tələb ediblər. Odenplan Meydanında təşkil olunan aksiyada iştirakçılar İsrailə silah embarqosunun tətbiqini, İsrailli şirkətlərin boykot edilməsini və bu ölkə ilə bütün münasibətlərin dayandırılmasını istəyiblər.

    Etirazçılar "Bu bir savaş deyil, soyqırımdır", "Azad Fələstin", "Katil İsrail", "Dirəniş, azadlıq, ədalət və yenidənqurma" kimi şüarlar səsləndiriblər.

    Aksiyaya dəstək verən İsveçin nüfuzlu qəzetlərindən olan Aftonbladetin köşə yazarı Yan Gilyu İsrailin Fələstinlilərə qarşı soyqırımı həyata keçirdiyini bildirib. O, İsveç cəmiyyətində bu məsələyə münasibətin dəyişdiyini və getdikcə daha çox insanın Fələstini dəstəklədiyini qeyd edib.

    Gilyu açıqlamasında dünyada bu məsələdə parçalanmanın yaşandığını vurğulayıb: "ABŞ İsrailin tərəfindədir. İsveç də bu yolda irəliləyir. Amma Norveç, İrlandiya və xüsusilə Türkiyə bu hadisələrə səssiz qalmır və Fələstini dəstəkləyir."

    Yunanıstanın paytaxtı Atinada da İsrailin Fələstinə qarşı hərbi əməliyyatlarına etiraz olaraq nümayiş təşkil olunub. Sintagma Meydanında yerləşən parlament binası qarşısında toplaşan etirazçılar Panepistimiu küçəsi boyunca yürüş ediblər. Aksiya müxtəlif sol partiyaların və vətəndaş cəmiyyəti qurumlarının təşəbbüsü ilə keçirilib.

    Nümayişçilər "Fələstinə azadlıq" və "Bu müdafiə deyil, soyqırımdır" kimi şüarlar səsləndiriblər.

    Etirazçılardan olan Vangelia Sotivopulu açıqlamasında Fələstin məsələsinin bu gün dünyanın ən ciddi problemi olduğunu bildirib: "Əgər Fələstin itirilərsə, insanlıq ədaləti və beynəlxalq hüquq da itiriləcək."

    Yunan etirazçılardan Despina Panayotopulu isə Yunanıstan hökumətinin İsraillə hərbi əməkdaşlığına qarşı çıxdıqlarını deyib. O, BMT-nin də bu hadisələri soyqırımı kimi tanıdığını xatırladaraq, “Yaşasın Fələstin xalqı!” şüarını səsləndirib.

    Aksiyada çıxış edən digər iştirakçılar, o cümlədən Londondan gələn Chrisy A., dünya ictimaiyyətinin daha güclü və birgə reaksiya göstərməsinin vacibliyini vurğulayıblar.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Yunanıstan #soyqırım #etirazlar #etirazçılar #etiraz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

    6 Yanvar 2026 21:57

    İsrail ordusu Suriyanın cənubunda hərbi reydləri davam etdirir

    6 Yanvar 2026 13:51

    İsrail hökuməti Qəzzaya media girişini qadağan etməyə davam edir

    6 Yanvar 2026 13:00

    İranda etirazlarda ölənlərin sayı 35-ə çatıb

    6 Yanvar 2026 11:36

    Fələstin Dövlətinin Londondakı səfirliyi rəsmi olaraq açılıb

    6 Yanvar 2026 09:41

    Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyü müzakirə mövzusu deyil - İspaniya

    6 Yanvar 2026 09:19

    Tehranda MOSSAD agenti saxlanıldı

    5 Yanvar 2026 15:45

    Tehranın mərkəzində etirazlar yenidən alovlanıb

    5 Yanvar 2026 10:36

    İsrailin jurnalistlərə qarşı pozuntuları davam edir – 99 fakt sənədləşdirildi

    5 Yanvar 2026 10:22

    Bu gün Pol Pot Kambocanın adını Kampuçiya olaraq dəyişdi

    5 Yanvar 2026 00:10

    Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı təhlükəsizlik müşavirəsi keçirəcək

    4 Yanvar 2026 20:11

    İsraildə artım tempində kəskin geriləmə müşahidə olunur

    4 Yanvar 2026 19:55
    Demo
    XƏBƏR LENTİ

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    Kolumbiya xarici işlər naziri xarici təcavüz halında hərbi cavab veriləcəyini bildirib

    Bu gün ABŞ-da ilk prezident seçicilərinin vaxtı təyin edildi

    Tarixdə bu gün – 7 yanvar

    Çin mediası Prezident İlham Əliyevin Çinə dair fikirlərindən yazır

    Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb

    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

    ABŞ ictimai rəyində İsrailə dəstək zəifləyir

    Tayvanda F-16 qırıcısı qəzaya uğrayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.