Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Müharibə Tarixi

    Bu gün Pol Pot Kambocanın adını Kampuçiya olaraq dəyişdi

    5 Yanvar 2026 00:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    5 yanvar 1976-cı ildə Kambocada hakimiyyətdə olan “Qırmızı kxmerlər” hərəkatının lideri Pol Pot yeni konstitusiyanın qəbul edildiyini elan edib. Həmin sənədə əsasən ölkənin adı Kampuçiya olaraq dəyişdirilib və kommunist idarəetmə rəsmi şəkildə qanuniləşdirilib.

    Bu qərar Kamboca tarixində ən faciəli dövrlərdən birinin başlanğıcı olub. Növbəti üç il ərzində Pol Pot rejiminin həyata keçirdiyi siyasət nəticəsində 1–2 milyon insan aclıq, xəstəlik, məcburi əmək və kütləvi qətllər səbəbindən həyatını itirib.

    1925-ci ildə Salot Sar adı ilə anadan olan Pol Pot gənclik illərində Parisdə təhsil alarkən kommunist ideyalarla tanış olub. 1954-cü ildə Kambocanın Fransadan müstəqillik qazanmasından sonra ölkəyə qayıdaraq gizli kommunist hərəkatında fəaliyyətə başlayıb. 1960-cı illərin ortalarında isə bu hərəkatın liderinə çevrilib.

    1970-ci ildə şahzadə Norodom Sihanukun devrilməsindən sonra ölkədə vətəndaş müharibəsi başlayıb. Beş il davam edən döyüşlərdən sonra 1975-ci ilin aprelində Pol Potun silahlı qüvvələri paytaxt Phnom Penh şəhərini ələ keçirib.

    Hakimiyyətə gəldikdən sonra rejim bütün əhalini kənd təsərrüfatına əsaslanan kommunalara köçürüb. Təhsilli şəxslər, varlı təbəqə və rejimə qarşı şübhə doğuran insanlar edam edilib. Məktəblər, xəstəxanalar, mətbuat, dini qurumlar və şəxsi mülkiyyət ləğv olunub. Minlərlə insan aclıq və ağır əmək şəraitində həyatını itirib.

    1978-ci ilin dekabrında Vyetnam qoşunlarının Kambocaya müdaxiləsindən sonra Pol Pot ölkəni tərk edərək gizlənir. Uzun müddət gizləndikdən sonra Pol Pot 1997-ci ildə öz tərəfdarları tərəfindən həbs edilir. Pol Pot törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxmarılmır, 1998-ci il aprelin 15-də təbii səbəblərdən vəfat edir.

    #soyqırım #Pol Pot #Qırmızı kxmerlər #Kampuçiya #Kamboca tarixi #kommunist rejim #totalitar idarəetmə #Asiya tarixi #Kamboca faciəsi #Kızıl Kmerler #Kampuçya #Kamboçya tarihi #komünist rejim #soykırım #totaliter yönetim #Asya tarihi #Kamboçya trajedisi #Fransadan azad olduqdan sonra Kamboca #Kambocada sosializm
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral 2026 01:02

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    15 Fevral 2026 00:01

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    14 Fevral 2026 04:00

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral 2026 01:01

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    14 Fevral 2026 00:01

    Bu gün Kipr Türk Federe Dövləti elan edildi

    13 Fevral 2026 02:00

    Qəzza Məhkəməsi İsrailin Qəzzədəki cinayətlərini “Soyqırım” olaraq tanıdı

    26 Oktyabr 2025 19:06

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    29 Sentyabr 2025 20:36

    İsrailin Fələstinə hücumları Avropada etirazla qarşılanır

    20 Sentyabr 2025 21:12

    İsrailin soyqırımı cinayəti ilə mühakimə olunduğu işə İspaniya da qoşuldu

    29 İyun 2024 11:09

    Kolumbiya İsraili “kütləvi qətliam” törətməkdə ittiham edir

    8 İyun 2024 11:47

    İspaniya İsrailə qarşı soyqırım iddiasına qoşulacaq

    6 İyun 2024 17:35
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.