BAKI, AzerVoice, Nailə Babazadə
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı təhlükəsizlik üzrə məsləhətləşmə toplantısı keçirəcək.
AzerVoice xəbər verir ki, təhlükəsizlik kabineti yerli vaxtla saat 20:00-da toplanacaq.
Bildirilir ki, Netanyahu təhlükəsizlik kabinetinin üzvləri və müdafiə qurumlarının rəsmiləri ilə Qəzzədə atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi müzakirə edəcək.
ABŞ-a səfərini başa vuran Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə müzakirə olunan məsələlər barədə məlumat verəcək və komandası ilə mövcud vəziyyəti dəyərləndirəcək.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Floridada görüşmüşdü. Görüşdə əsasən Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid və İran məsələsi başda olmaqla müxtəlif mövzuların müzakirə edildiyi bildirilib.