BAKI, AzerVoice, Nərmin Ağayeva
Almaniyada Ukraynaya qoşun göndərilməsi planı geniş müzakirələrə səbəb olub və ölkəni iki yerə bölüb.
AzerVoice xəbər verir ki, Kansler Fridrix Merz ölkənin potensial sülhməramlı qüvvələrdə iştirakına açıq olduğunu bildirib.
Ölkədə nasist keçmişi səbəbindən hərbi müdaxiləyə qarşı həssaslıq qalır və bu, Bundestaqda belə bir qətnamənin qəbul edilməsini çətinləşdirir. Radikal sağçı Alternativ für Deutschland (AfD) partiyasının lideri Alice Weidel planı “təhlükəli və məsuliyyətsiz” adlandırıb, CDU-nun xarici işlər naziri Johann Wadephul isə qoşun yeridilməsinin Almaniyaya gərginlik yaradacağını vurğulayıb.
Almaniyada keçirilən sorğular göstərir ki, əhalinin 49 faizi qoşun göndərilməsini dəstəkləyir, 45 faizi isə əleyhinədir. Merzin koalisiya tərəfdaşı Sosial Demokratlar (SPD) isə Ukraynaya qoşun yeritməyə qarşıdır.
NATO baş katibi Mark Rutte isə bildirib ki, Britaniya və Fransa başda olmaqla 30 ölkə Ukrayna üçün təhlükəsizlik zəmanəti çərçivəsində işləyir. Fransa və Britaniya atəşkəs razılaşmasından sonra Ukraynaya sülhməramlılar göndərilməsinə açıq olduqlarını, ABŞ isə planı dəstəklədiyini, lakin qoşun göndərməyəcəyini açıqlayıb.