Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Paris isti hava dalğalarında Avropanın ən ölümcül paytaxtı olub?

    23 Avqust 2025 16:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Fransa mədəniyyət naziri Raşida Dati, Parisin isti hava dalğaları zamanı Avropanın ən ölümcül paytaxtı olduğunu iddia edib. Onun sözləri Paris bələdiyyə rəhbərliyinin iqlim siyasəti ilə bağlı siyasi mübahisələr fonunda gündəmə gəlib.

    AzerVoice xəbər verir ki, nazir, paytaxtın iqlim planlarının mövcud olmasına baxmayaraq, sosialist meri Ann İdalqo administrasiyasının isti dalğaları idarə etməkdə uğursuz olduğunu qeyd edib.

    Datinin arqumentləri 2023-cü ildə Lancet tibb jurnalında dərc olunan “İsti və soyuğa aid edilən artıq ölüm halları” adlı araşdırmaya əsaslanır. 2000–2019-cu illərin məlumatlarını əhatə edən bu tədqiqat 854 Avropa şəhərində isti və soyuq dalğalarının təsirini qiymətləndirib.

    Nəticələrə görə:

    • London soyuq hava dalğaları zamanı ən çox ölüm qeydə alınan paytaxtdır.
    • Paris isə isti hava dalğaları zamanı ən çox ölüm hadisəsi ilə qarşılaşıb.

    Xüsusilə 2003-cü ildə baş verən ekstremal istilər minlərlə insanın həyatına son qoymuşdu.

    Bəzi tədqiqatlarda isə Milan və Barselona kimi paytaxt olmayan şəhərlərdə isti dalğalar zamanı Parisdən daha çox ölüm faktı qeydə alındığı vurğulanır.

    Mütəxəssislər bunun səbəbini “kentsel istilik adası” fenomeni ilə izah edirlər. Beton, asfalt və tikili səthlər istiliyi daha çox udur və saxlayır, bu da yüksək əhali sıxlığı və yaşıllığın azlığı ilə birlikdə ölüm riskini artırır.

    Londondakı Tropik Xəstəliklər Məktəbinin dosenti və araşdırmanın müəlliflərindən biri Malkolm Mistri bildirib ki, Paris və digər şəhərlərdə müşahidə edilən ekstremal istilər həm təbii iqlim dəyişkənliyi, həm də insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin təsirindən qaynaqlanır.

    Onun sözlərinə görə, Cənubi Avropa və Aralıq dənizi bölgəsi coğrafi mövqeyinə görə daha çox isti dalğalarına məruz qalır.

    #Fransa #Paris #İqlim dəyişikliyi #Qlobal iqlim dəyişikliyi #2025 iqlim böhranı #Fransa mədəniyyət nazirliyi #Raşida Dati
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçən il Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı 766 milyon dolları keçib (ÖZƏL)

    18 Yanvar 2026 16:00

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

    14 Yanvar 2026 20:54

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Keçən il Türkiyədən Fransaya hazır geyim ixracı 895 milyon dolları keçib (ÖZƏL)

    11 Yanvar 2026 11:00

    Paris NATO-dan kənar Ukraynaya qoşun göndərilməsini müzakirə edir

    10 Yanvar 2026 21:18

    Keçən il Türkiyədən Fransaya kimyəvi maddə ixracı 770 milyon dolları keçib (ÖZƏL)

    10 Yanvar 2026 17:27

    Böyük Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına zərbələr endirib

    4 Yanvar 2026 10:30

    Zelenski və Tramp yenidən görüşəcəklər

    4 Yanvar 2026 10:00

    Paris klubu "Beşiktaş"a təklif göndərib

    3 Yanvar 2026 17:54

    Kanada Baş naziri Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

    2 Yanvar 2026 21:23

    Türkiyədən Fransaya polad ixracı 202 milyon dolları keçib (ÖZƏL)

    30 Dekabr 2025 12:22
    Demo
    XƏBƏR LENTİ

    Prezidentliyin ilk ili: Tramp hakimiyyətin sərhədlərini necə genişləndirdi?

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.