Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Venesuela prezidenti ABŞ-ı tənqid edib

    23 Avqust 2025 10:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice , Nərmin Ağayeva

    Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı ölkəsində rejim dəyişikliyinə nail olmaq üçün “terrorçu və hərbi üsullardan” istifadə etməkdə ittiham edib.

    AzerVoice xəbər verir ki, paytaxt Karakasda Milli Assambleyada çıxış edən Maduro ABŞ-ın planlarını “cinayətkar və qanunsuz” adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonun Venesuelaya qarşı hərəkətləri beynəlxalq hüquqa ziddir və suveren dövlətə qarşı güc tətbiqi qadağasını pozur.

    Dəstək göstərən ölkələrə təşəkkür edən Maduro bildirib ki, ABŞ-ın Cənubi Amerikada silahlı qarşıdurma yaratmaq cəhdləri qəbulolunmazdır. “Venesuela yenidən qalib gələcək, yenidən sülh, sabitlik və inkişaf əldə edəcək. Allah bizimlədir, çünki Allah cəsurların və ədalətlilərin yanındadır”, – deyə dövlət başçısı vurğulayıb.

    Maduro həmçinin ABŞ-ın bir çox ölkələrdə hərbi müdaxilə cəhdlərinin uğursuzluqla nəticələndiyini xatırladaraq, eyni ssenarinin Venesuelada da nəticə verməyəcəyini bildirib.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Latın Amerikası narkotik kartellərinə qarşı mübarizə məqsədilə bölgədəki hərbi qüvvələrin gücləndirilməsi barədə sərəncam imzalamışdı. CNN-in məlumatına görə, bu çərçivədə 4 min dəniz piyadası bölgəyə göndərilib və üç hərbi gəmi Venesuela sahillərinə yerləşdirilib.

    #ABŞ #Donald Tramp #Venesuela #Nikolas Maduro #Cənubi Amerika #hərbi əlaqələr #Narkotik qaçaqmalçılığına qarşı mübarizə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38
    XƏBƏR LENTİ

    Türkiyənin Aliağa limanında gəmi hərəkəti artmaqda davam edir (ÖZƏL)

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.