Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə Avropanın əsas təhlükəsizlik güclərindən biridir - Stokholm Universiteti

    23 Avqust 2025 09:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyə Avropa təhlükəsizliyində əsas güclərdən biridir.

    AzerVoice xəbər verir ki, İsveçin Stokholm Universiteti Türkiyənin müdafiə sənayesindəki yüksəlişi və Avropa təhlükəsizlik arxitekturasındakı potensial rolu ilə bağlı yeni hesabat dərc edib. Paul T. Levin və Minna Ålander tərəfindən hazırlanan sənəd “İsveç və Finlandiyanın Türkiyənin Avropa Təhlükəsizliyindəki Roluna dair Qavrayışları” başlığı ilə təqdim olunub.

    Hesabatda Avropa İttifaqının üzləşdiyi problemlər, Ukrayna müharibəsi fonunda təhlükəsizlik arxitekturasındakı dəyişikliklər və Türkiyənin bu nizamda strateji mövqeyi ətraflı şəkildə təhlil olunub. Müəlliflər qeyd ediblər ki, ABŞ-ın müttəfiq kimi artan etibarsızlığı fonunda Türkiyə Avropada hərbi və təhlükəsizlik əməkdaşlığı üçün etibarlı tərəfdaş qismində önə çıxır.

    Sənəddə vurğulanır ki, Finlandiya və İsveç rəsmiləri Türkiyənin hərbi gücünü qəbul edir və Ankara ilə konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyini etiraf edirlər. “Finlandiya və İsveç xarici siyasət və milli təhlükəsizlik rəsmiləri bu gün Türkiyənin bir hərbi güc olaraq əhəmiyyətini və Ankara ilə konstruktiv əlaqələrin faydalarını qəbul edirlər”, – deyə hesabatda qeyd olunub.

    Təhlildə həmçinin bildirilir ki, inkişaf edən qlobal təhlükəsizlik mühitində Türkiyə ilə Aİ arasında daha geniş əməkdaşlıq imkanları mövcuddur və bu, Avropanın gələcək təhlükəsizlik arxitekturasına müsbət təsir göstərə bilər.

    Qeyd edək ki, sözügedən hesabat, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlarından sonra Avropanın təhlükəsizlik mühitindəki dəyişikliklərə dair aparılan daha geniş araşdırmaların davamı olaraq hazırlanıb.

    #Türkiyə #Avropa #İsveç #Türkiyə müdafiə sənayesi #Ukrayna #təhlükəsizlik #hərbi əməkdaşlıq #hərbi əlaqələr #Türkiyə təhlükəsizlik əməliyyatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan: Qətər və Oman ilə Eurofighter təyyarələrinin alınması danışıqları müsbət istiqamətdə gedir

    25 Oktyabr 2025 02:00

    Fransa Ukraynaya əlavə hərbi yardım göndərəcək - Makron

    24 Oktyabr 2025 21:06

    Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm Konfransı keçirilib

    24 Oktyabr 2025 11:45

    Beynəlxalq ictimaiyyətin əsas prioriteti Qəzzadakı atəşkəsi qorumaq olmalıdır - Türkiyə

    24 Oktyabr 2025 09:30

    Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

    23 Oktyabr 2025 18:50

    Türkiyə ilə Oman arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalanıb

    23 Oktyabr 2025 15:23

    Ərdoğan Körfəz turunun son dayanacağı olan Omanda Sultan Heysəm bin Tariqlə görüşüb

    23 Oktyabr 2025 11:49

    Ukrayna İsveçdən Gripen E qırıcıları alacaq

    23 Oktyabr 2025 02:00

    Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb

    22 Oktyabr 2025 17:34

    Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliklərii arasında protokol imzalanıb

    22 Oktyabr 2025 15:47

    Ərdoğan və Əl Tani-nin iştirakı ilə Türkiyə–Qətər arasında 12 saziş imzalanıb

    22 Oktyabr 2025 15:36

    Türkiyə və Avstraliya hava limanları arasında strateji əməkdaşlıq qurulub

    22 Oktyabr 2025 15:17
    Demo
    XƏBƏR LENTİ

    Ərdoğan: Qətər və Oman ilə Eurofighter təyyarələrinin alınması danışıqları müsbət istiqamətdə gedir

    Türkiyə sabiq MİT əməkdaşını Suriyaya səfir təyin edib

    Tarixdə bu gün - 25 oktyabr

    Qubadlının işğaldan azad olunmasından beş il ötür

    44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr

    Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib

    Gürcüstan və Rumıniya əməkdaşlıq memorandumu imzalayıblar

    ABŞ ordusu narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbələr endirib

    ABŞ sərhədlərdə üz tanıma texnologiyasını genişləndirir

    Fransa Ukraynaya əlavə hərbi yardım göndərəcək - Makron

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.