Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ rəhbərliyi 55 milyon vizanı yenidən nəzərdən keçirir

    23 Avqust 2025 09:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice , Nərmin Ağayeva

    ABŞ rəhbərliyi 55 milyon vizanı yenidən nəzərdən keçirəcək.

    AzerVoice xəbər verir ki, Donald Tramp administrasiyası immiqrasiya siyasətini sərtləşdirərək, etibarlı vizası olan milyonlarla əcnəbinin sənədlərinin yenidən yoxlanılacağını açıqlayıb.

    ABŞ Dövlət Departamentinin məlumatına görə, yoxlamalar viza müddətini keçmə, cinayət törətmə, ictimai təhlükəsizliyi təhdid etmə, terror fəaliyyəti ilə məşğul olma və ya terror təşkilatına dəstək vermə kimi halları əhatə edəcək. Əgər pozuntular aşkarlanarsa, vizalar ləğv ediləcək, ölkədə olan şəxslər isə deportasiya oluna biləcək. Proses zamanı viza sahiblərinin öz ölkələrindəki təhlükəsizlik və immiqrasiya qeydləri, eləcə də sosial media fəaliyyətləri də nəzərdən keçiriləcək.

    Məsələ kommersiya yük maşını sürücülərinə də təsir edib. Dövlət katibi Marko Rubio sosial şəbəkədəki açıqlamasında əcnəbi sürücülərə iş vizalarının dayandırıldığını bildirərək, bu artımın “Amerikalı sürücülərin dolanışığına zərər verdiyini” vurğulayıb. Tramp administrasiyası daha əvvəl də ingilis dili bilməyən sürücülərlə bağlı məhdudiyyətləri sərtləşdirmişdi.

    Eyni zamanda, Pew Araşdırma Mərkəzinin məlumatına görə, onilliklər ərzində ilk dəfə ABŞ-ı tərk edən immiqrantların sayı gələnləri üstələyib. Cari ilin ilk yarısında ölkədə yaşayan əcnəbi mənşəli əhalinin sayı 1,5 milyon azalıb. Rəsmilər bunu “dövlət xidmətlərinə təzyiqin azalması və iş bazarının yaxşılaşması” kimi qiymətləndiriblər.

    Tramp Vaşinqtonda təhlükəsizlik tədbirlərinə nəzarət etmək üçün polis idarəsinə baş çəkib, daha əvvəl isə şəhərə 800 Milli Qvardiyaçı yerləşdirmişdi. Prezidentin bu addımı paytaxt meri tərəfindən “təhlükəsizlik vəziyyəti ilə qeyri-mütənasib” hesab olunub.

    Bundan başqa, FTB agentləri Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun evində axtarış aparıb. Son aylarda Trampı tənqid edən açıqlamalar verən Boltonla bağlı rəsmi səbəb açıqlanmasa da, FTB direktoru “heç kimin qanundan üstün olmadığını” vurğulayıb.

    Qeyd edək ki, Tramp administrasiyası vəzifəyə gəldiyi ilk gündən bəri qeyri-qanuni immiqrasiya ilə mübarizəni prioritet elan edib və bu istiqamətdə bir sıra sərt addımlar atıb.

    #ABŞ #ABŞ Dövlət Departamenti #Marko Rubio #Tramp administrasiyası #ABŞ immiqrasiya siyasəti #viza sistemi problemi #ABŞ-ın viza siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51
    XƏBƏR LENTİ

    Türkiyənin Aliağa limanında gəmi hərəkəti artmaqda davam edir (ÖZƏL)

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.