Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə-Fransa yaxınlaşması Yunanıstanda narahatlıq yaradıb

    23 Avqust 2025 10:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice , Nərmin Ağayeva

    Türkiyə ilə Fransa arasında yaxınlaşma Yunanıstanda narahatlıq yaradıb.

    AzerVoice xəbər verir ki, Yunan mətbuatı Ankara-Paris xəttində artan diplomatik təmasların və müdafiə sənayesi əməkdaşlığına dair mesajların Afinada təcrid olunma qorxusu doğurduğunu yazıb. Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa lideri Emmanuel Makronu “dəyərli dost” adlandırması və BMT sammitində planlaşdırılan görüş bu narahatlıqları daha da gücləndirib.

    “Thess Today” nəşri Türkiyə və Fransanın yeni əməkdaşlıq səhifəsi açdığını, Yunanıstanın isə prosesdə passiv qaldığını vurğulayıb. Məqalədə “Bizim yalnız Rafale təyyarələrimiz qalıb. Türkiyə sahədə qalib gəlir, biz isə masada qalırıq” ifadəsi yer alıb. Digər tərəfdən, “belə davam edərsə, hətta Kipr də üzümüzü döndərə bilər” kimi qeydlər də Yunan ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

    Ərdoğan son telefon danışığında Makronla Rusiya-Ukrayna müharibəsi, Qəzza böhranı və regional sabitlik məsələlərini müzakirə etdiklərini, xüsusən müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.

    Qeyd edək ki, iyun ayında keçirilən NATO Sammitində Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin diplomatik platformada təcrid görüntüsü diqqət çəkmiş, sosial mediada yayılan kadrlar “Yunanıstan NATO-da tək qaldı?” sualını gündəmə gətirmişdi. Bu fonunda Türkiyənin həm Avropa, həm də regional aktorlarla güclənən diplomatik təmasları Ankara ilə Afinanın mövqelərini daha da fərqləndirib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #BMT #Fransa #Yunanıstan #Afina #Emmanuel Makron #Kipr #Türkiyə-Fransa ikitərəfli əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub

    31 Yanvar 2026 09:36

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub

    31 Yanvar 2026 09:24

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

    29 Yanvar 2026 09:59

    Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

    29 Yanvar 2026 09:37

    MİT İranın casus şəbəkəsini zərərsizləşdirib

    28 Yanvar 2026 17:39
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.