BAKI,AzerVoice, Fərid Mikayılov
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin 2025-ci ildə Tyançində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edəcək.
AzerVoice xəbər verir ki, bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Si Cinpin ŞƏT-ə üzv dövlət başçılarının Şurasının 25-ci iclasına və SCO+ formatında keçiriləcək görüşə sədrlik edəcək, həmçinin proqram xarakterli çıxış edəcək.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirak edə biləcəyi açıqlanmışdı.