BAKI, AzerVoice, Səməd Əyyubov
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür mesajı ünvanlayıb.
AzerVoice xəbər verir ki, Zelenski bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın Müstəqillik Günü ərəfəsində söylədiyi müdrik və səmimi sözlərinə görə böyük minnətdarlıq hissi keçirirəm. Hörmətli Prezident, ölkələrimiz arasında strateji tərəfdaşlığın həm dövlətlərimiz, həm də regional və qlobal sabitlik baxımından həyati əhəmiyyət daşıdığı barədə sizinlə tam razıyam. Sülhün təmin olunması istiqamətindəki şəxsi səyləriniz üçün minnətdarıq və bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik” – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, mayın 31-də baş tutan telefon danışığı zamanı Zelenski Ərdoğana Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən prinsipial dəstəyə görə də təşəkkür etmişdi.