Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Zəngəzur dəhlizindən təxmini 147,6 milyard lirə gəlir əldə edilməsi gözlənilir- Uraloğlu

    23 Avqust 2025 11:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice , Nərmin Ağayeva

    Zəngəzur dəhlizindən təxmini 147,6 milyard lirə gəlir əldə ediləcək.

    AzerVoice xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırıb.

    Nazir bildirib ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də strateji sərmayədir və türk dünyasını, türk cümhuriyyətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. Onun sözlərinə görə, dəhlizin 15 milyon ton yükdaşıma potensialı var.

    “30 illik proqnoza görə, Zəngəzur dəhlizindən 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza gəliri, 2,1 milyard lirə iqlim qənaəti, 3,5 milyard lirə isə yol və zaman qənaəti əldə ediləcək. Beləliklə, ümumilikdə 147,6 milyard lirə gəlir gözlənilir”, – Uraloğlu qeyd edib.

    Nazir həmçinin Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin bölgə üçün yeni iqtisadi imkanlar yaradacağını, logistika, sənaye və məşğulluğun inkişafına töhfə verəcəyini vurğulayıb.

    Qeyd edək ki, Türkiyə hökuməti Orta Dəhliz layihəsi çərçivəsində regionu beynəlxalq nəqliyyat və ticarət mərkəzinə çevirməyi hədəfləyir.

    #Türkiyə #Naxçıvan #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Zəngəzur dəhlizi #Orta Dəhliz #Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tərtərdə DOST filialı fəaliyyətə başladı

    22 Yanvar 2026 17:45

    İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib

    22 Yanvar 2026 15:41

    Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdırıldı

    22 Yanvar 2026 15:30

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Yunanıstan Türkiyə sərhədini İsrail raketləri ilə qorumağa hazırlaşır

    22 Yanvar 2026 09:45

    Keçən il Qaziantep hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    22 Yanvar 2026 09:34

    Ermənistan və Azərbaycan enerji sistemlərini birləşdirəcək - Paşinyan

    21 Yanvar 2026 19:36

    Hakan Fidan Sülh Şurasında Ərdoğanı təmsil edəcək

    21 Yanvar 2026 17:51

    Ərdoğan Bahçeli ilə görüşəcək

    21 Yanvar 2026 12:58

    Rafa Silva beşiktaşdan ayrılmaq niyyətindədir

    21 Yanvar 2026 11:54

    Türk Hərbi Dəniz Qüvvələrinin NATO çərçivəsində vəzifələri başlayır

    20 Yanvar 2026 17:53

    Azərbaycan və Türkiyə XİN rəhbərləri regional təhlükəsizlik və əməkdaşlığı müzakirə etdilər

    20 Yanvar 2026 14:26
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə Qəzzaya indiyədək 20 min tondan çox humanitar yardım çatdırıb

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    Keçən il Türkiyədən Fransaya dəri məhsulları ixracı artıb (ÖZƏL)

    Ceyhun Bayramov İranın nazir müavini ilə regional təhlükəsizliyi müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.