Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İranın İsraillə müharibəsi hələ bitməyib - Əli Laricani

    24 Avqust 2025 11:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İranın İsraillə müharibəsi hələ bitməyib.

    AzerVoice xəbər verir ki, bu fikirləri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib.

    “Bu müharibə yalnız atəşkəs xəttində dayandırılıb. Anlamalıyıq ki, müharibə başa çatmayıb. Biz daim hazır olmalı, birliyimizi və həmrəyliyimizi qorumağa məcburuq”, – deyə Laricani bildirib.

    Onun sözlərinə görə, şura ölkənin müdafiə sistemindəki boşluqları aradan qaldırmaq və hərbi fəaliyyətləri koordinasiya etmək məqsədilə Müdafiə Şurası yaradıb.

    “Baş Qərargah öz vəzifələrini icra edir, Müdafiə Nazirliyi tələbatı qarşılayır, İnqilab Keşikçiləri (SEPAH - red.) isə xüsusilə aerokosmik sahədə bu çərçivədə fəaliyyət göstərir”, – o əlavə edib.

    Laricani vurğulayıb ki, şura radar və hava hücumundan müdafiə sistemlərindəki zəiflikləri aradan qaldırmaq üçün daxili imkanların gücləndirilməsi üzərində işləyir. O bildirib ki, yeni texnika alınmağa davam etsə də, əsas diqqət istehsalda özünütəminata yönəldilib. Zəruri hallarda isə xarici tərəfdaşlıqlardan istifadə edilir.

    O, həmçinin qeyd edib ki, İraq və Livandakı müqavimət qrupları ağır təzyiqlərə və döyüşlərə baxmayaraq fəaliyyətlərini davam etdirirlər. Laricani əlavə edib ki, Tehran bu qrupları birbaşa idarə etmir.

    Bununla belə, o, Hizbullaha dəstək göstərdiklərini açıq şəkildə etiraf edib:

    “Bəli, biz onlara yardım etmişik, bunu gizlətmirik və etməyə də davam edəcəyik. Amma Hizbullahı livanlılar özləri yaratdılar. İraqda da ABŞ işğalından sonra müqavimət hərəkatları meydana çıxdı.”

    Nüvə danışıqlarına da toxunan Laricani bildirib ki, İran diplomatiyadan imtina etməməlidir, lakin bu danışıqlar “sadəcə nümayiş xarakteri daşımamalı, real və strateji mahiyyət kəsb etməlidir.”

    O, “sanksiyaların bərpası” mexanizminin etibarlılığına şübhə ilə yanaşaraq qeyd edib ki, onun şərtləri qeyri-müəyyən və ziddiyyətlidir:

    “ABŞ sazişdən çıxdıqdan sonra bu mexanizmin hüquqi əsası sual altına düşüb və Avropanı hüquqi paradoksa salıb.”

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #Əli Laricani #İsrail ordusu #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi #Donald Trampın İsrail–İran atəşkəsini elan etməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44
    XƏBƏR LENTİ

    Türkiyənin Aliağa limanında gəmi hərəkəti artmaqda davam edir (ÖZƏL)

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.