Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Elm adamları viruslara qarşı “universal dərman” hazırlayır

    24 Avqust 2025 13:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Elm adamları viruslara qarşı geniş təsirli yeni müalicə üsulu üzərində mühüm addım atıb. Columbia Universitetindən pediatrik immunologiya professoru Dusan Boqunoviçin rəhbərlik etdiyi qrup, nadir genetik mutasiyadan ilhamlanaraq təcrübəvi antiviral dərman hazırlayıb.

    Müalicə burun damcısı formasında tətbiq edilir və orqanizmdə qısa müddətli, lakin güclü immun cavab yaradaraq virusların çoxalmasının qarşısını ala bilir. Heyvanlar üzərində aparılan sınaqlarda preparat həm qrip, həm də SARS-CoV-2-yə qarşı təsirli olub.

    Professor Boqunoviç açıqlamasında qeyd edib ki, kəşf gözlənilməz şəkildə əldə olunub.

    “Əslində biz antiviral müalicə axtarmırdıq. Nadir xəstələr üzərində aparılan araşdırmalar bizi universal antiviral hazırlamaq fikrinə gətirdi”- deyə o bildirib.

    Elm adamlarının müşahidələrinə görə, ISG15 proteini olmayan şəxslər bakteriyalara qarşı zəif müdafiəyə malik olsalar da, viruslara qarşı yüksək müqavimət göstərirlər. Bu mexanizmi təqlid edən tədqiqatçılar xüsusi mRNA molekulları daşıyan lipid nano hissəciklər hazırlayıblar.

    Mütəxəssislər bildirirlər ki, preparat məhdud miqdarda protein istehsalını stimullaşdıraraq güclü, amma zərərsiz immun aktivləşmə yaradır. Bu xüsusiyyət onu iltihab riski olmadan effektiv edir.

    Hazırda alimlər müalicənin insanlar üzərində sınaqdan keçirilməsi istiqamətində çalışır. Əgər nəticələr uğurlu olsa, bu üsul COVID-19 peyvəndlərindən sonra genetik müalicə sahəsində yeni bir mərhələ açacaq.

    #COVİD-19 #meymunçiçəyi virusu #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #universal dərman #SARS-CoV-2 #ISG15 #mRNA molekulları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Bu gün COVID-19 pandemiyası Çindən dünyaya yayıldı

    31 Dekabr 2025 07:00

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    Yeni elmi tədqiqat süni səs klonlarının real səslər qədər inandırıcı olduğunu göstərib

    19 Oktyabr 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    “Fiorentinanın” prezidenti vəfat etdi

    ABŞ beynəlxalq qaydalardan uzaqlaşır - Merts

    İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 4 minə yaxınlaşıb

    “Mançester Siti” “Nottinqem Forest”in yarımmüdafiəçisini almaq istəyir

    Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan oldu

    İranda internet məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırılır

    “Mançester Yunayted”in baş məşqçisi komandanın hədəflərindən danışdı

    "Barselona"nın 18 yaşlı futbolçusu komandanı tərk edir

    Mədəniyyət, ey müsəlmanlar

    Yuxuda zikr etmək nə deməkdir? – Təfsir və yozumlar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.