Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    İstanbulda son 65 ilin ən quraq iyul ayı qeydə alınıb

    24 Avqust 2025 09:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İstanbulda ötən ay son 65 ilin ən quraq iyul ayı qeydə alınıb.

    AzerVoice-un məlumatına görə, Mərmərə bölgəsində quraqlıq davam edir və yağıntılarda ciddi azalma müşahidə olunub.

    Belə ki, Mərmərə bölgəsində iyul ayı üzrə uzunillik orta yağıntı 22,5 millimetr təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 18,5 millimetr olub, cari ilin iyulunda isə cəmi 1,2 millimetr qeydə alınıb. Beləliklə, yağıntılar uzunillik ortalamaya nisbətən 95 faiz, ötən ilin eyni ayına görə isə 94 faiz azalıb.

    İstanbul, Bilecik, Bursa, Kocaeli, Sakarya, Yalova və Zonguldakda son 65 ilin ən aşağı iyul yağıntısı qeydə alınıb. Balıkesir və Çanaqqalada isə son 18 ilin ən aşağı göstəriciləri müşahidə olunub. Bəzi şəhərlərdə yağıntı bütün ay ərzində yalnız bir gün davam edib.

    İstanbul Texniki Universitetinin müəllimi, professor Hüseyn Torosun sözlərinə görə, Mərmərə bölgəsində yağıntılar 95 faiz azalıb. Onun fikrincə, bunun əsas səbəbi bölgənin yüksək təzyiq sahəsinin təsiri altında qalmasıdır.

    Professor əlavə edib ki, İstanbulun temperatur göstəriciləri uzunillik ortalama ilə müqayisədə 2,5 dərəcə artıb, şəhərin su anbarlarındakı su səviyyəsi isə son bir ayda 13 faiz azalıb. O, yaxın günlərdə bölgəyə yağıntı gətirəcək hava sisteminin gözlənilmədiyini bildirib və vəziyyətin ağırlaşmaması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

    #Türkiyə #İstanbul #Zonquldak #Kocaeli #Bursa #Sakarya #Balıkesir #isti hava #isti hava şəraiti #hava şəraiti #İstanbul quraqlıq #İstanbulda iyul yağıntısı #Mərmərə bölgəsi quraqlıq #Türkiyə quraqlıq statistikası #İstanbul su anbarları səviyyəsi #Mərmərə bölgəsində yağış azalması #Türkiyədə ən quraq iyul #Hüseyn Toros
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə zəlzələ bölgələrində bərpa işlərini beynəlxalq mediaya təqdim edir

    3 Fevral 2026 15:38

    UİD Azərbaycan tərəfindən səhər yeməyi proqramı təşkil olunub

    3 Fevral 2026 14:25

    Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

    2 Fevral 2026 13:52

    "Fənərbaxça"nın müdafiəçisi Super Liqada klubunu dəyişib

    31 Yanvar 2026 16:06

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

    29 Yanvar 2026 09:37
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb

    ABŞ İran pilotsuz aparatını vurub

    İran ABŞ-la görüşmələrin İstanbuldan Omana köçürülməsini istəyib - ABŞ KİV

    İran hücum qayıqları ABŞ tankerinə dayanmaq əmri verib

    Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

    İsrail hərbçiləri Qəzzada fələstinli gənci qətlə yetirib

    Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

    Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri regional sülh üçün strateji əhəmiyyət daşıyır - Ərdoğan

    Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb

    Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.