BAKI, Azervoice, Nərmin Ağayeva
Yaponiyada yerli əhali son bir ildə 908 min nəfər azalıb, bu, ölkə üzrə indiyədək qeydə alınan ən böyük azalma kimi tarixə düşüb.
Azervoice xəbər verir ki, Kyodo News-un məlumatına görə, Yaponiya hökuməti yerli vətəndaşların sayının 120 milyon 653 min nəfərə düşdüyünü açıqlayıb. Əhalinin azalması ardıcıl 16-cı ildir davam edir.
Mütəxəssislər bu azalmaya əsas səbəb kimi cəmiyyətin qocalması və doğum səviyyəsinin kəskin şəkildə aşağı düşməsini göstərirlər. Rəsmi statistikaya görə, Yaponiyanın ümumi əhalisi 123,8 milyon nəfərdir.
Qeyd edək ki, Yaponiya hökuməti əhali məlumatlarını 1968-ci ildən bəri hazırkı metodla hesablayır və bu müddət ərzində bu ölçüdə azalma qeydə alınmayıb.