Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada yardım gözləyən fələstinlilər İsrail hücumunda həlak olub

    8 Avqust 2025 12:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun hücumlarını davam etdirdiyi, blokada altında saxladığı Qəzza zolağında yardım gözləyənlərin də aralarında olduğu 6 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

    AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və hadisə şahidlərindən aldığı məlumata görə, İsrail ordusu Qəzza zolağında həm mülki evləri, həm də yardım almaq üçün toplaşan fələstinliləri hədəfə alıb.

    İsrail əsgərlərinin, Qəzza zolağının mərkəzində yerləşən Netzarim kəsişməsi yaxınlığında qurulan guya ABŞ tərəfindən təşkil edilən yardım paylama mərkəzinin ətrafında gözləyən fələstinlilərə atəş açması nəticəsində 3 nəfər əlak olub.

    Qəzzanın şimalındakı ət-Tuffah məhəlləsində İsrail hərbi təyyarələrinin həyata keçirdiyi hücumlarda isə ən azı 1 mülki şəxs həlak olub, çox sayda insan yaralanıb.

    Qəzza zolağının mərkəzində yerləşən Nusəyrat qaçqın düşərgəsi də İsrail hərbi təyyarələri tərəfindən hədəfə alınıb, lakin bu hücumla bağlı ölü və ya yaralı sayı barədə məlumat verilməyib.

    Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında 19 yanvarda qüvvəyə minmiş atəşkəsi pozaraq, 18 mart səhərindən etibarən şiddətli hücumlara yenidən başlayıb.

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 61 min 258 fələstinli həyatını itirib, 152 min 45 nəfər isə yaralanıb.

    İsrailin 18 martda atəşkəsi pozmasından sonra Qəzzaya yönəltdiyi hücumlarda 9 min 752 nəfər həyatını itirib, 40 min 4 nəfər isə yaralanıb.

    27 maydan bu yana İsrail və ABŞ-ın nəzarətində olan “Qəzza Humanitar Yardım Fondu” adı altında qurulan yardım bölgələrində sistemli şəkildə həyata keçirilən hücumlar nəticəsində hədəfə alınan fələstinlilərdən 1706 nəfər ölüb, 12 min 230 nəfər isə yaralanıb.

    #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.