Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada ikisi uşaq olmaqla daha dörd nəfər həlak olub

    8 Avqust 2025 14:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, aclıq səbəbilə ölənlərin sayının 201-ə çatdığı bildirilib.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş “X” hesabında etdiyi paylaşımda, Qəzzada aclıqdan həyatını itirənlərlə bağlı məlumat verib.

    Əl-Burş qeyd edib ki, Qəzzada aclıqdan ölənlərin sayı 98-i uşaq olmaqla 201-ə çatıb.

    “Qəzzada uşaqlar analarının qucağında aclıqdan ölür, dünya isə sadəcə baxır.” - deyə Əl-Burş qeyd edib.

    Qəzzadakı Fələstin hökumətinin Media Ofisinin verdiyi açıqlamada da İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü ildən başlatdığı hücumdan bu yana aclıq səbəbilə ölənlərlə bağlı məlumat paylaşılıb.

    Açıqlamada, 2023-cü ildə aclıq səbəbilə 4 nəfərin öldüyü, 2024-cü ildə bu sayın 50-yə çatdığı və bu il isə 147 nəfərin aclıqdan həyatını itirdiyi qeyd edilib.

    Qeyd edək ki, İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sərt mühasirəsi altındakı Qəzza zolağı aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin tapılmadığı bir humanitar fəlakət yaşayır.

    Xüsusilə uşaqlar başda olmaqla, Qəzza zolağında aclıq səbəbilə ölüm halları artır.

    Yerli və beynəlxalq qurumlar İsrailin “aclıq və susuzluğu silah kimi” istifadə etdiyini bildirir.

    Mülki infrastrukturu da məhv edən İsrail ordusu Qəzzanın 88 faizini dağıdıb və sürgün əmrləri ilə yurdlarından didərgin saldığı fələstinliləri tez-tez yerləşdikləri bölgələrdə hədəf alır.

    Əhalisi təxminən 2,3 milyon olan Qəzzada İsrailin hücumları və sürgün əmrləri ilə yerindən edilənlərin sayının 2 milyona çatdığı, bir çoxunun bir neçə dəfə məcburi köçürməyə məruz qaldığı qeyd edilir.

    Əsas ehtiyaclardan məhrum edilərək yerindən edilən fələstinlilər bərbad çadırlarda və ya həddindən artıq sıx şəraitdə gigiyena vasitələrinin çatışmadığı, tualetlərin kifayət etmədiyi və yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

    İsrail ordusu isə hər gün həyata keçirdiyi hücumlarla məcburi köçürülənlərin çadırlarını və sığınacaqlarını bombalayır.

    İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda ən azı 61 min 158 fələstinli həyatını itirib, 151 min 442 nəfər isə yaralanıb.

    #Qəzza #Qəzza zolağı #aclıq #humanitar yardım #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.