Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    25 ölkənin XİN rəhbərləri İsraili Qəzzadakı müharibəni dayandırmağa çağırıblar

    21 İyul 2025 18:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.

    AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda deyilir.

    “Biz sadə və təxirəsalınmaz bir çağırış ətrafında birləşirik: Qəzzadakı müharibə dərhal dayandırılmalıdır. İsrail hökumətinin istifadə etdiyi humanitar yardım çatdırılma modeli təhlükəlidir, qeyri-sabitliyi dərinləşdirir və Qəzza sakinlərini insan ləyaqətindən məhrum edir. Biz İsrail hökumətini humanitar yardımın çatdırılmasına qoyduğu məhdudiyyətləri dərhal aradan qaldırmağa və BMT ilə humanitar qeyri-hökumət təşkilatlarının fəaliyyətini təhlükəsiz və effektiv şəkildə yerinə yetirməsinə təcili olaraq şərait yaratmağa çağırırıq” – deyə, bəyanatda qeyd olunub.

    Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İslandiya, İrlandiya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiyanın xarici işlər nazirləri, həmçinin adıçəkilən Aİ komissarı imzalayıblar.

    Qeyd edək ki, İsrail ordusu dünən Deyr əl-Bəlahın böyük bir hissəsi üçün köç əmrini elan etdikdən sonra minlərlə fələstinli bir gecədə bölgəni tərk etmək məcburiyyətində qalıb. Qəzzada davam edən hücumlar humanitar böhranı daha da dərinləşdirir.

    #Qəzza #İsrail #Qəzza zolağı #Kanada #Fransa #Böyük Britaniya #Avropa İttifaqı (Aİ) #İsveç #Latviya #Niderland #İtaliya #İspaniya #Belçika #Estoniya #Yaponiya #Polşa #Litva #Norveç #Avstraliya #Portuqaliya #Danimarka #İslandiya #Finlandiya #Yeni Zelandiya #İrlandiya #Avstriya #İsveçrə #Sloveniya #Lüksemburq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Avropa ölkələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    İtaliyadan Türkiyəyə 3,3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Fevral 2026 11:00

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb

    12 Fevral 2026 09:43

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Kanadada məktəbdə terror aktı baş verib

    11 Fevral 2026 09:29

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    10 Fevral 2026 17:26

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    “Bujival” razılaşmasına qarşı Kanaki Sazişi

    10 Fevral 2026 11:04
    XƏBƏR LENTİ

    2018-2025-ci illərdə Nazirlik tərəfindən işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

    Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.