Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı oldu

    7 Avqust 2025 12:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı olaraq tarixə keçdi. Bu ay Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 50,5 dərəcə ilə bütün zamanların istilik rekordu qırıldı və Cənub-Şərqi Avropa istilik dalğaları və meşə yanğınları ilə üz-üzə qaldı.

    AzerVoice xəbər verir ki, Avropa İttifaqının peyk izləmə sistemi olan Copernicus İqlim Dəyişikliyi Xidməti (C3S), iyul ayında qlobal orta səth və dəniz temperaturu ilə bağlı məlumatları açıqlayıb.

    Buna əsasən, 2025-ci ilin iyul ayında orta səth temperaturu 16,68 dərəcə olaraq ölçülüb və bu, qeydlərə əsasən üçüncü ən isti iyul kimi qeydə alınıb.

    Bu orta temperatur, 1991–2020-ci illər dövrünün iyul ayları ortalamasından 0,45 dərəcə, sənaye öncəsi dövrün ortalamasından isə 1,25 dərəcə yüksək olub.

    2025-ci ilin iyulu, rekord istiliklərin qeydə alındığı 2023 və 2024-cü illərin iyul ayları ilə müqayisədə müvafiq olaraq 0,27 və 0,23 dərəcə daha sərin keçib.

    Bu baxımdan, iyul ayında dünyada rekord istiliklərə nisbətən "ciddi olmayan bir yüngülləşmə" yaşanıb. Lakin, 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər olan dövrü əhatə edən 12 aylıq qlobal orta temperatur, 1991–2020-ci illər dövrünün ortalamasından 0,65 dərəcə, sənaye öncəsi dövr ortalamasından isə 1,53 dərəcə yüksək olub.

    Ötən ay Avropada orta quru temperaturu 21,1 dərəcə olub və bu, 1991–2020 dövrü ortalamasından 1,3 dərəcə yüksək qeydə alınıb. Avropada qeydə alınan dördüncü ən isti iyul yaşanıb.

    Finlandiya, Danimarka, İsveç və Norveçin daxil olduğu İskandinaviya bölgəsi, iyul ayında Avropada temperaturun normadan ən çox yüksək olduğu bölgə olub və istilik dalğası xüsusilə İsveç və Finlandiyanı əhatə edib.

    Cənub-Şərqi Avropa istilik dalğaları və meşə yanğınları ilə qarşılaşıb. Türkiyədə isə 25 iyulda Şırnak vilayətinin Silopi rayonunda 50,5 dərəcə ilə bütün zamanların istilik rekordu qeydə alınıb.

    Avropadan kənarda, Himayalar, Çin və Yaponiyada da temperatur normaldan yüksək olub.

    Dəniz səthi temperaturları isə ötən ay 20,77 dərəcə səviyyəsinə çatıb və qeydə alınan üçüncü ən yüksək dəyər kimi qeyd olunub.

    C3S-in direktoru Karlo Buontempo, məlumatlara dair qiymətləndirməsində bildirib ki, son iki ilin iyul ayı istilik rekordlarına bu il müvəqqəti olaraq fasilə verilib. Lakin bu, iqlim dəyişikliyinin dayandığı mənasına gəlmir:

    “Ötən ay ərzində də dünyada artan istiliyin, aşırı istilər və daşqınlar kimi dağıdıcı təsirlərinə şahid olmağa davam etdik. Atmosferdəki istixana qazı emissiyalarını dərhal dayandırmasaq, təkcə yeni temperatur rekordları deyil, eyni zamanda bu təsirlərin daha da pisləşməsini gözləməli və buna hazır olmalıyıq.”

    #Avropa #Çin #Yaponiya #qlobal istilik #quraqlıq #İstilik və təzyiq #2024 istilik dalğası #Quraqlıq və istilik #İstilik fəlakəti #Copernicus İqlim Dəyişikliyi Xidməti (C3S)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib

    9 Dekabr 2025 10:03

    Avropa ölkəsi Çinə ultimatum verib

    8 Dekabr 2025 17:46

    Makron Zelenski ilə telefon danışığı aparıb

    7 Dekabr 2025 10:00

    Bombalanmış Çernobıl sığınacağı radiasiyanı saxlaya bilmir – MAQATE

    6 Dekabr 2025 12:30

    “Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    6 Dekabr 2025 11:58

    Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə bilməlidir - Meloni

    6 Dekabr 2025 09:57

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Si Cinpin Ukrayna ilə bağlı açıqlama verib

    4 Dekabr 2025 10:53

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    Avtobus sürücüsündən dövlət başçısına qədər uzanan yol – Maduro hekayəsi

    30 Noyabr 2025 18:20

    Zelenski Avropaya çağırış edib

    29 Noyabr 2025 14:02
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin beynəlxalq qüvvədə rolu İsrail mediasında geniş müzakirə olunub

    Qəzza və İsrail arasında sərhəd dəyişdirilməsinə qarşıyıq - BMT

    Tarixdə bu gün – 10 Dekabr

    Dəməşqin cənubunda ardıcıl partlayışlar qeydə alınıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılış mərasimində iştirak edib

    Səudiyyə Ərəbistanı, İran və Çin Pekin Sazişinə sadiq olduqlarını bəyan ediblər

    Rusiya və ABŞ arasında əlaqələr davam edir - Kremlin

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.