BAKI, AzerVoice, Zeynəb Raminqızı
Hindistanın Uttarakhand əyalətində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub
AzerVoice xəbər verir ki, rəsmilərin “India Today” qəzetinə verdiyinilkin məlumatlara görə, sürüşmə nəticəsində 4 nəfər həyatını itirib. Rəsmilər bölgədə 50-dən çox insanın itkin düşdüyü bildirir.
Uttarakhand əyalətinin baş naziri Puşkar Sinqh Dhami “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada, Hindistan ordusu və aidiyyəti qurumların axtarış-xilasetmə işlərini davam etdirdiyini bildirib.
Dhami həmçinin sürüşmə zonasındakı sakinlərin təhlükəsiz ərazilərə təxliyyə edildiyini və zərərçəkənlərə lazımi yardımın göstərildiyini vurğulayıb.
Hindistanın daxili işlər naziri Amit Şah da Dhami ilə keçirdiyi görüşdə bölgəyə hər cür dəstəyin veriləcəyini açıqlayıb.
Hadisə şahidlərinin çəkdiyi görüntülərdə torpaq sürüşməsinin evləri və ətrafdakı bitki örtüyünü özü ilə apardığı açıq şəkildə görünür.