BAKI, AzerVoice
Hindistanın şimalında yerləşən Haridvar şəhərindəki Mansa Devi məbədində böyük izdiham nəticəsində azı altı nəfər həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə Carhval bölgəsinin komissarı Vinay Şankar Pandi məlumat verib.
Hindistanın şimalındakı Uttarakand əyalətinin baş naziri "X" sosial şəbəkəsində verdiyi açıqlamada, yerli polis və xilasedici qrupların hadisə yerinə çatdığını və yardım- xilasetmə işlərinə başladığını bildirib.
Məlumata görə, yaralananlar yaxınlıqdakı xəstəxanaya aparılıb.
Qeyd edək ki, Hindistanda izdihamla bağlı faciələr tez-tez baş verir. Bu ilin yanvar ayında Maha Kumbh hindu festivalı zamanı müqəddəs sularda çimmək üçün toplaşan on milyonlarla insan arasındakı sıxlıq nəticəsində azı 30 nəfər ölmüşdü. İyun ayında isə kriket stadionunun qarşısındakı izdihamda baş verən xaos nəticəsində azı 11 nəfər həlak olmuşdu.