Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Suveydada Dürzi-Sünni fitnəsinə imkan verməyəcəyik - Dürzi lideri

    24 İyul 2025 18:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Biz Suveyda və ətraf bölgələrdə Druzi-Sünni fitnəsinə imkan verməyəcəyik. Biz sülh üçün çalışırıq.

    AzerVoice xəbər verir ki, bu sözləri Suriyadakı Druz icmasının lideri Ebi əl-Muna Beyrutda keçirdiyi mətbuat konfransında deyib.

    O, Suriyanın cənubunda gərginliyin azaldılması üçün diplomatik yollardan istifadə etməyəcəklərini vurğulayıb.

    Ebi əl-Muna “ən azından insani məsuliyyəti üzərlərinə götürmək və Suveyda xalqının yanında dayanmaqla öhdəlik daşıdıqlarını” bildirib.

    Qeyd edək ki, iyulun 13-də Suriyanın cənubundakı Suveyda vilayətində bədəvi ərəblərlə bəzi Druz qruplar arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalara müdaxilə edən Suriya təhlükəsizlik qüvvələri pusquya salınıb.

    Genişlənən toqquşmalar atəşkəslə dayandırılıb. Lakin Hikmət əl-Hicriyə bağlı Druz qüvvələr atəşkəsi pozub.

    İsrail ordusu iyulun 16-da Suriya Prezident Aparatı, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurub.

    Suriya ordusu Suveydadan geri çəkildikdən sonra Hicri qruplaşması bədəvi ailələri yaşayış yerlərindən çıxarmağa və edam etməyə başlayıb. Minlərlə qəbilə döyüşçüsü bədəvi ərəblərə dəstəyə gəlib.

    Suriya hakimiyyəti iyulun 19-da təhlükəsizlik qüvvələrini yenidən Suveydada yerləşdirməyə başlayaraq bədəvi və qəbilə döyüşçülərinin şəhəri tərk etməsini təmin edib.

    İyulun 13-dən bəri yüzlərlə silahlı və ya mülki şəxsin öldüyü bildirilir.

    Qeyd edək ki, İsrailin druzları qorumaq bəhanəsi ilə Suriyaya müdaxiləsi ölkənin cənubunda hərbi və təhlükəsizlik mənzərəsini daha da mürəkkəbləşdirən xaotik bir vəziyyətə səbəb oldu. Bu, Suriya ordusu və daxili təhlükəsizlik qüvvələri ilə Suveydada əsasən Hərbi Şura olmaqla silahlı qüvvələr arasında bir neçə gün davam edən döyüşlərdən sonra baş verdi. Döyüşlər zamanı Suveydadakı dini liderlərin yanaşmalarında ziddiyyətlər müşahidə olundu. Eyni zamanda, əyalətdəki silahlı qüvvələrin Suriya dövləti ilə münasibətləri baxımından da mövqelərdə parçalanma meydana gəldi.

    İsrailin hava hücumları nəticəsində Dəməşqdə Baş Qərargah binası, prezident Əhməd əş-Şəraanın yaşadığı sarayın ətrafı, Qətana, Məzze, Muəzzəmiyyətuşşam bölgələrindəki hərbi hissələr və cənubdakı təhlükəsizlik qüvvələri hədəfə alındı.
    Bundan bir neçə saat sonra, 16 iyul cümə axşamı günü Suriya dövləti ilə Suveydanın aktiv fiqurları arasında bir razılaşma elan edildi. Ertəsi gün, 17 iyulda Suriya prezidenti vətəndaşlara ünvanladığı video çıxışında İsrailin müdaxiləsini tənqid etdi və ilk dəfə olaraq İsrailə qarşı sərt ritorika sərgilədi.

    “Dövlət, İsrailin müdaxiləsinə baxmayaraq, təhlükəsizliyi bərpa etməyi və qanunsuz qrupları qovmağı bacardı. Lakin İsrail rejimi bu səyləri pozmaq üçün genişmiqyaslı hücumlara əl atdı və vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Əgər Amerika, ərəb və Türkiyə vasitəçiliyi vaxtında müdaxilə etməsəydi, bölgə naməlum bir aqibətlə üz-üzə qalacaqdı. Biz iki seçim arasında qaldıq: İsrail rejimi ilə açıq müharibəyə girmək və bu yolda druz qardaşlarımızı və ölkənin sabitliyini riskə atmaq, yaxud druz liderlərinə ağlın və milli mənafeyin üstün tutulması üçün imkan tanımaq. Suriya xalqının mənafeyini xaos və dağıntılardan üstün tutaraq qərara gəldik ki, bəzi yerli qruplara və şeyxlərə Suveydada təhlükəsizliyin qorunması məsuliyyəti verilsin.”-deyə Suirya prezidenti bildirdi.

    Prezident bu qərarın milli birliyin təhlükədə olduğunu anlayaraq və ölkəni yeni bir müharibədən və əvvəlki rejimin miras qoyduğu iqtisadi-siyasi problemlərdən uzaq tutmaq məqsədilə verildiyini vurğuladı.

    Suveydada baş verən son hadisələr, xüsusilə İsrailin müdaxiləsi fonunda, bölgədə və ümumilikdə ölkədə geniş nəticələrə səbəb ola bilər. Əgər sülh təşəbbüsləri və atəşkəs vasitəçilikləri üstünlük qazanmasa, bu toqquşmalar Suriyanın digər bölgələrinə də yayılaraq məzhəbi və etnik qarşıdurmalara yol aça bilər. Bu vəziyyətdən bəzi qüvvələr – xüsusilə İŞİD və İran dəstəkli milislər – yenidən güc toplamaq üçün istifadə edə bilər.

    Bu hesabat Suveydadakı silahlı və dini qüvvələrin xəritəsini, onların daxili və xarici əlaqələrini, fikir ayrılıqlarını və aralarındakı münasibətləri təhlil etməyi qarşıya məqsəd qoyur. Bu analiz eyni zamanda gələcəkdə ola biləcək silahlı qarşıdurmaların riskini qiymətləndirməyə kömək edəcək.

    “Rical əl-Kəramə” Hərəkatı (Ləyaqət İnsanları Hərəkatı)

    Bu hərəkat 2013-cü ildə şeyx Vahid əl-Balaus tərəfindən təsis edilib. Məqsədi Suveyda gənclərini məcburi hərbi xidmətdən qorumaq və Əsəd rejiminə tabe olan strukturların gəncləri qeyri-rəsmi şəkildə orduya cəlb etməsinin qarşısını almaq idi. Eyni zamanda, bölgəyə kənardan yönələn təhlükələrə qarşı müdafiə yaratmaq məqsədi daşıyırdı.

    Vaxt keçdikcə bu hərəkatın üzvlərinin sayı min nəfəri keçdi və bu da Suriya rejimi üçün təhdidə çevrildi. Çünki hərəkat Suveydalı əsgərlərin rejim ordusundan ayrılmasına şərait yaratmağa başladı. 2015-ci ildə Vahid əl-Balaus avtomobilinə qarşı törədilən partlayış nəticəsində qətlə yetirildi.

    Onun ölümündən sonra təşkilat daxilində xaos yaşandı. Əvvəlcə Rəfat əl-Balaus rəhbər seçildi, lakin sağlamlıq problemləri səbəbindən 2017-ci ildə rəhbərlik Yəhya əl-Həccara keçdi. O, təşkilatın ideoloji xəttini və Suriya rejimi, Rusiya və İranla münasibətləri dəyişməyə başladı. Bu isə təşkilatda parçalanmalara səbəb oldu.

    Nəticədə Vahid əl-Balausun övladları – Leys və Fəhd – hərəkatdan ayrılaraq “Şeyx əl-Kəramə” adlı yeni bir hərbi qurum yaratdılar.

    “Rical əl-Kəramə” Suriya Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən silahların təhvil verilməsi və qrupların ləğv edilməsi prosesinə qarşı çıxan əsas qüvvələrdəndir. Onlar Suveydada təhlükəsizliyin yalnız yerli əhalinin əlində olması şərtini irəli sürüblər. Lakin eyni zamanda vasitəçilik və dialoqa açıq olublar.

    Hazırda təşkilatın dəqiq döyüşçü sayı məlum deyil. Çünki bəzi üzvlər rejimin süqutundan sonra mülki həyata dönüb, bəziləri isə “Şeyx əl-Kəramə” hərəkatına keçib. Təxminlərə görə, hazırda onların sayı 800 nəfərdir. 15 iyulda baş verən son toqquşmalarda bu hərəkatdan 50-dən çox döyüşçü həlak olub və ya yaralanıb.

    “Şeyx əl-Kəramə” Hərəkatı

    Bu hərəkat 2018-ci ildə Vahid əl-Balausun övladları Leys və Fəhdin rəhbərliyi ilə yaradılıb. Əsas bazası Suveydanın Məzirə bölgəsi və şəhərin özüdür. Əvvəlki hərəkatın prinsiplərinə sadiq qalan bu yeni qüvvə də İran, Rusiya və rejimə bağlı milis dəstələrinin gəncləri orduya cəlb etməsinə qarşı mübarizə aparıb.

    Son illərdə Suriya rejiminə qarşı təşkil olunan etirazlarda fəal iştirak edən bu hərəkat, rejimin süqutundan sonra silahları yeni dövlətə təhvil verib və Müdafiə Nazirliyi ilə əməkdaşlığa meylli olub. Ashrafiyyə, Sahnaya və Cərmanadakı münaqişələrin həllində vasitəçilik edib.

    Son hadisələr zamanı dövlətin Suveydada hakimiyyətini bərpa etmə təşəbbüslərini dəstəkləyib və İsrailin müdaxiləsinə qarşı mövqe sərgiləyib. Əgər 16 iyulda əldə edilən razılaşma həyata keçsə, bu hərəkatın Suveydada sabitliyin təminində əsas rol oynaması gözlənilir.Lakin onların bu mövqeyinə görə bir çox qərargahları digər qruplar tərəfindən hədəfə alınıb.

    “Əhrar Cəbəl əl-Ərəb” Hərəkatı

    Bu təşkilat 2022-ci ildə şeyx Salman Əbdülbaqinin rəhbərliyi ilə yaradılıb. Əvvəlcə “Rical əl-Kəramə” hərəkatına yaxın idi və eyni idealları paylaşırdı. Noyabr ayında Əbdülbaqiyə qarşı sui-qəsd cəhdi həyata keçirildi və o, bu hücumda rejimi ittiham etdi.

    Bu birlik “Təhrir əş-Şam” təşkilatı ilə əlaqələr qurdu və Suriyanın şimalındakı druzlarla bağlı məsələlərin həllində rol oynadı. “Əsəd rejimi”nin devrilməsindən sonra, bu birlik druzların heç bir xarici dəstəyə ehtiyacı olmadığını və Suveydanın Suriyanın ayrılmaz hissəsi olduğunu vurğuladı.

    Əbdülbaqi Müdafiə Nazirliyi və Suveyda qüvvələri arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. Nazir Mərhəf Əbu Qəsrənin iştirakı ilə bir neçə görüşə qatılıb. Onların əsas məqsədi Suveydadakı bütün silahlı qrupları yeni Suriya ordusuna birləşdirməkdir. Son toqquşmalarda vasitəçilik rolu oynayıblar.

    “Druz Hərbi Şurası” Hərəkatı

    Suveyda bölgəsində ən güclü qüvvələrdən biri sayılır. 2025-ci ilin fevralında, rejimin süqutundan bir neçə ay sonra Tareq əş-Şufi rəhbərliyi ilə qurulub. Bu şura sıfırdan yaranmayıb, əksinə, əvvəl rejimə bağlı olan və ya Rusiya və İranla əlaqəli olan çoxsaylı fraksiyaların birləşməsi ilə formalaşıb. Tərkibində Suriya ordusunun sabiq zabitləri, təhlükəsizlik qurumlarının keçmiş əməkdaşları və təqaüddə olan hərbçilər var.

    Eyni zamanda yeni nəsil gənclər də Suveydanın qorunması və cənubdan – xüsusilə bədvilərdən – gələn təhdidlərə qarşı döyüşçü kimi cəlb olunub. Şura bölgə əhalisinə neytral görünüb, özünü təhlükəsizlik təminatçısı kimi təqdim etsə də, bir çox mənbələr onun rəhbərlərinin silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu bildirir.

    Hərbi Şura zahirdə şeyx Hikmət əl-Hicrinin dini xəttini təqib etdiyini desə də, Hikmət əl-Hicri bu şuranın özünə bağlı olduğunu rəsmən elan etməyib.

    Bu şura son döyüşlərin əsas iştirakçılarından biri olub. Xüsusilə bədvilərlə qarşılıqlı adam oğurluğu və atışmaların əsas tərəfidir. 15 iyulda başlayan ağır toqquşmalara da məhz bu şura səbəb olub. Onlar əyalətdə muxtariyyətin yaradılmasını dəstəkləyir.

    Mənbələrə görə, bu şura SDQ (Suriya Demokratik Qüvvələri/PKK-nın Suriya qolu ) ilə əlaqə saxlayır və onlardan maliyyə dəstəyi alır. Eyni zamanda keçmiş rejim zabitləri ilə birlikdə döyüş planlarının hazırlanmasında onlardan faydalanırlar.

    “Terrora Qarşı Qüvvə” Hərəkatı

    Bu qüvvələrin tərkibində təxminən 700 döyüşçü var. “Əl-Liva əs-Suri” (Suriya Briqadası) partiyasının hərbi qolu kimi 2021-ci ildə qurulub. Partiyanın rəhbəri Fransada yaşayan, “Mən İnsanam” təşkilatının baş direktoru Malik Əbu əl-Xeyrdir. Qüvvələrin hərbi rəhbəri isə Samir əl-Həkimdir.

    Bu silahlı qüvvələr Hərbi Şura ilə sıx əlaqə saxlayır. Onların xarici əlaqələrini “Əl-Liva əs-Suri” partiyası idarə edir və maliyyə təminatını da o partiya təşkil edir.

    Sosial kampaniyalar aparan bu təşkilat Suveydanın Suriya daxilində muxtariyyət statusu almasını, ən pis halda isə ölkədə mərkəzləşdirilməmiş idarəetmənin tətbiqini təklif edir. Bu məqsədləri ilə onlar SDQ ilə oxşar mövqedədirlər. Mənbələr bildirir ki, bu ideoloji yaxınlıq iki tərəf arasında əlaqələrin və koordinasiyanın qurulmasına səbəb olub.

    Kiçik Fraksiyalar və Ailə Qrupları

    Suveyda bölgəsində həmçinin çoxsaylı kiçik fraksiyalar və ailə əsaslı qruplar fəaliyyət göstərir. Bəzilərində cəmi 5–20 nəfər döyüşçü var. Məsələn: “Muvahhidun Ordusu”, “Əl-Ulya Qüvvələri”, “Əl-Fəhd Qüvvələri”, “Əzz əl-Cəbəl”, “Suveyda Şahinləri”, “Həqq Qüvvələri”, “Şərq Qalxanı”, “Nafiz Əsədullah Qrupu”, “Faris Simuə Qrupu”, “Xalq Müqaviməti”, “Əriqə”, “Nihad əl-Müəyyəd Qrupu”, “Müqəddəd Batalyonları”, “Asiyac əl-Cəbəl Qrupu” və başqaları.

    Bu qrupların bir çoxu Druz Hərbi Şurası ilə əməkdaşlıq edir, digərləri isə müstəqil fəaliyyət göstərir. Bəziləri girov götürmə, hədə-qorxu yolu ilə pul tələb etmə və narkotik-silah qaçaqmalçılığı ilə məşğuldur.

    İran dəstəkli keçmiş milislərdən olan “Əl-Ərin Qüvvələri” də rejimin süqutundan sonra Suveydanın cənubuna çəkilərək qaçaqmalçılıq və Dəraa ilə Deyr əz-Zor bölgələrindəki İran mərkəzli silahlı qrupların qalıqları ilə əlaqə saxlayır.

    Dini liderlər və fərqli baxışlar

    Suveyda bölgəsində dini liderlər – xüsusilə “Əqil Şeyxləri” – cəmiyyətin və yerli əhalinin baxışlarını formalaşdıran əsas nüfuz sahibləridir. Ən tanınmış dini ailələr “Cərbu”, “Hənavi” və “Hicri” ailələridir. Bu liderlərin mövqeləri bəzən bir-birinə zidd olur və Suriya dövləti ilə münasibətlərin formalaşmasında əsas rol oynayır.

    Yusif əl-Cərbu Kimdir?

    1970-ci ildə Suveydada anadan olub. 2012-ci ildə, əvvəlki şeyx Hüseyn əl-Cərbunun vəfatından sonra, ailəsinin adından “Əqil Şeyxi” vəzifəsini qəbul etdi. Cərbu ailəsi iki əsrdən artıqdır ki, bu vəzifəni daşıyır.

    Yusif əl-Cərbu nə keçmiş rejimə qarşı sərt mövqe tutdu, nə də yeni dövlətə qarşı düşmənlik göstərdi. O, yeni Suriya dövləti ilə dialoq və yaxınlaşmanı təşviq edən dini şəxsiyyətlərdən biri olub. Vətəndaş sülhünü və məntiqi üstün tutan ritorikası ilə tanınır.

    O, son toqquşmalar zamanı dəfələrlə sülh çağırışları edib. 16 iyul axşamı Suriya hökuməti ilə Suveydanın fiqurları arasında əldə edilən razılaşmanı ilk elan edən şəxs olub. Lakin bu razılaşma, Hikmət əl-Hirinin rədd cavabı və döyüşlərin davam etməsi ilə nəticəsiz qaldı.

    Əl-Cərbu Hikmət əl-Hicrinin dəfələrlə danışıqların qarşısını almaqda və dövlətlə razılaşmanı çətinləşdirməkdə ittiham edib. Eyni zamanda, mülki əhaliyə qarşı qan tökənlərin məsuliyyətə cəlb edilməsini tələb edib.

    Şeyx Həmud əl-Hənavi Kimdir?

    Suveydanın ən yaşlı dini lideridir. 1943-cü ildə Səhl əl-Bəlata kəndində anadan olub. Atası şeyx Yəhya əl-Hənavidir. 1963-cü ildən sonra Deyr əz-Zorda müəllimlik edib, daha sonra təhsilini davam etdirərək ərəb dili üzrə ixtisaslaşıb, xaricə səfərlər edib və atasının ölümündən sonra Suveydaya qayıdaraq vəzifəsini icra edib.

    Suriyada inqilab başladıqdan sonra neytral mövqe tutub və sülhü və milli birliyi təbliğ edib. Rejimin süqutundan sonra da bu mövqeyini qoruyub. O, milli dialoqun ölkənin birliyi üçün əsas yol olduğunu dəfələrlə vurğulayıb. Əl-Hənavi prezident Əhməd əş-Şəraaya ümidlə baxdığını bildirib. Son qarşıdurmalar zamanı da sakitlik tərəfdarı olub və sülh çağırışlarına sadiq qalıb.

    Hikmət əl-Hicri

    Ən mübahisəli şeyxlərdən biri sayılır. Çıxışları tez-tez dövlətlə danışıqları çətinləşdirən, bölücü ritorikalarla doludur. Dövlətin Suveydaya daxil olmasına qarşı çıxır, beynəlxalq müdafiə çağırışları edir, Suriya dövlətini terrorla ittiham edir və Suveydanın yalnız öz xalqı tərəfindən idarə edilməli olduğunu iddia edir.

    Onun çıxışları Hərbi Şura, Terrora Qarşı Qüvvələr, kiçik qruplar və narkotik/silah ticarəti ilə məşğul olan dəstələrə uyğun gəlir. Bu səbəbdən də bu qüvvələr onu dəstəkləyir və dövlətin bölgəyə daxil olmasının qarşısını almağa çalışırlar.

    Mənbələrə görə, əl-Hicri “Dira əl-Təvhid” ( Tövhid Qalxanı) adlı kiçik bir qrup tərəfindən qorunur.

    Suveydadakı dini və hərbi qüvvələrin baxış fərqləri bölgənin nə siyasi, nə də təhlükəsizlik baxımından vahid mövqeyə sahib olmadığını göstərir. İsrailin “druzları qorumaq” bəhanəsi ilə müdaxiləsi isə bəzi qüvvələr tərəfindən fürsət kimi qiymətləndirib.

    #İsrail #Livan #Suriya #Dəməşq #Druz #Livan Dürzi lideri Valid Cumblatt #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Dürzi Dövləti #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Dürzi Liderləri #Tarixdə Dürzi Hərəkatları #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #İsrail druz siyasəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #Süveyda #Druz Hərbi Şurası #Suveyda döyüşləri #Ebi Əl-Muna
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

    28 Oktyabr 2025 21:41

    Türkiyə və İordaniya arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi başlayır

    28 Oktyabr 2025 16:31

    İsrail hökuməti Qətəri Qəzzaya maliyyə yardımı göstərməyə təşviq edib

    27 Oktyabr 2025 22:47

    Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib

    27 Oktyabr 2025 18:26

    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN

    27 Oktyabr 2025 14:33

    İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinə hücum edib

    27 Oktyabr 2025 13:59

    Qəzza Məhkəməsi İsrailin Qəzzədəki cinayətlərini “Soyqırım” olaraq tanıdı

    26 Oktyabr 2025 19:06

    Qəzzədə girovların cəsədlərini axtarmaq üçün yeni ərazilərə daxil olacağıq - HƏMAS

    26 Oktyabr 2025 16:18

    Qəzzada yenidən atəşkəs pozulub

    25 Oktyabr 2025 23:26

    HƏMAS VƏ Fəth Misirdə Trampın Qəzza planını müzakirə edib

    25 Oktyabr 2025 18:55

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Pakistan beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi davam etdirməyə çağırır

    25 Oktyabr 2025 09:14
    Demo
    XƏBƏR LENTİ

    Tramp Kimlə görüşməyəcək – Buna onun vaxtı yoxdur

    Bölgəsində lider, dünyada nüfuzlu Türkiyəni birlikdə inşa edəcəyik - Ərdoğan

    Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Respublika Günü ilə bağlı paylaşım edib

    Qarabağ klubu Türkiyənin Respublika Gününü təbrik edib

    Türkmənistan jurnalında səfir Qismət Gözəlovun Azərbaycan-Türkmənistan münasibətlərinə dair məqaləsi dərc olunub

    Məktəblərdə intizam problemləri: səbəblər və çıxış yolları

    Türkiyədən Fransaya hazır geyim ixracı azalıb (ÖZƏL)

    Türkiyə müdafiə sahəsində tarixi dönüş nöqtəsindədir - Yunan mətbuatı

    Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

    Ceyhun Bayramov Oman Krallıq İdarəsinin naziri ilə regional vəziyyəti müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.