Əsas səhifə » Tramp İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini istisna etməyib

Tramp İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini istisna etməyib

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, şəraitdən asılı olaraq İsraillə İran arasında aparılacaq danışıqlar dövründə atəşkəsə dəstək verə biləcəyini istisna etməyib.

AzerVoice xəbər verir ki, bu barədə Trampın jurnalistlərə verdiyi açıqlamada deyilir.

“Verə bilərdim, bu, şəraitdən asılıdır,” – deyə o, jurnalistin bu mövzu ilə bağlı sualını cavablandırarkən bildirib.

“Bunu (İsrail və İran arasındakı gərginliyi – red.) dayandırmaq çox çətindir” – deyə, Tramp əlavə edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice