Əsas səhifə » Məşhəd və Təbrizdə hava hücumundan müdafiə sistemləri işə salınıb

Məşhəd və Təbrizdə hava hücumundan müdafiə sistemləri işə salınıb

BAKI, AzerVoice

İranın Məşhəd və Təbriz şəhərlərində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

AzerVoice xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, İran hərbçiləri İsrailə məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını dəf etməyə çalışırlar. Bildirilib ki, bir neçə dron artıq ələ keçirilib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice