Əsas səhifə » BAEA İranda nüvə silahının hazırlanmayacağına dair zəmanət verə bilər - Qrossi

BAEA İranda nüvə silahının hazırlanmayacağına dair zəmanət verə bilər - Qrossi

BAKI, AzerVoice

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zamin dura bilər.

AzerVoice xəbər verir ki, bu fikri agentliyin baş direktoru Rafael Qrossi İran və İsrail arasında gərginliyin müzakirə edildiyi BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında səsləndirib.

“Əgər lazımi siyasi iradə mövcuddursa, diplomatik həll mümkündür. Razılaşmanın əsas elementləri müzakirə olunub və BAEA, möhkəm yoxlama sistemi vasitəsilə İranda nüvə silahı istehsalının qarşısının alınacağını təmin edə bilər. Bu, Yaxın Şərqdə sülh və sabitlik gətirəcək uzunmüddətli sazişin əsası ola bilər” - deyə, Qrossi vurğulayıb.

O həmçinin xəbərdarlıq edib ki, bu fürsətin alternativi uzunmüddətli münaqişə və regiondan qaynaqlanan nüvə silahlarının yayılması təhlükəsi olacaq. Bu isə Qrossinin sözlərinə görə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və qlobal nüvə yayılmamasının bütün rejimini sarsıdacaq.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice