Əsas səhifə » Rumıniya prezidenti ölkəyə yeni Baş nazir təyin edib

Rumıniya prezidenti ölkəyə yeni Baş nazir təyin edib

BAKI, AzerVoice

Rumıniya Prezidenti Nikuşor Dan, ölkənin keçmiş müvəqqəti prezidenti İliye Bolojanı baş nazir təyin edib.

AzerVoice xəbər verir ki, bu barədə Rumıniya prezidentinin verdiyi açıqlamada deyilir.

“İliye Bolojanı baş nazir təyin edirəm. Rumıniyanın maraqları naminə hökumətin sabit bir parlament çoxluğu tərəfindən dəstəklənməsi vacibdir və partiyalar bunu başa düşdü” – deyə, Dan jurnalistlərə bildirib.

O, həmçinin yeni çoxluq hökumətinin formalaşmasında iştirak edən bütün partiyalara təşəkkür edib.

Öz növbəsində Bolojan ölkədəki ağır iqtisadi vəziyyətin fərqində olduğunu və bu böhranın öhdəsindən gəlmək üçün əlindən gələni edəcəyini bildirib. Rumıniya qanunvericiliyinə əsasən, o, indi nazirlər kabinetini formalaşdırmalı və bu kabinet parlamentin hər iki palatası tərəfindən təsdiqlənməlidir.

Digər Kateqoriyalar

2025 © Azervoice