14
BAKI, AzerVoice
Hollandiyada koalisiya hökumətinin dağılmasından sonra keçiriləcək seçkilərin tarixi açıqlanıb.
AzerVoice xəbər verir ki, bu barədə Hollandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, seçkilərin oktyabrın 29-da keçiriləcəyi bildirilib.
Xatırladaq ki, bundan əvvəl Hollandiyanın ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders koalisiya hökumətindən ayrıldığını açıqlamışdı.
“İmmiqrasiya siyasətlərimiz qəbul olunmayıb. Razılaşmada heç bir dəyişiklik yoxdur. PVV koalisiyadan çıxır” - deyə, o qeyd edib.
AFP agentliyi bildirmişdi ki, Vildersin bu addımı onsuz da həssas olan hökuməti sarsıdaraq ölkəni yeni erkən seçkilərlə üz-üzə qoya bilər.