Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Suriyada parlament seçkiləri keçiriləcək

    27 İyul 2025 22:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Suriyada ötən ilin dekabr ayında Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkilərinin keçirilməsi üçün tarix dəqiqləşməyə başlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Suriya Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd məlumat verib.

    O bildirib ki, seçki sistemində edilən dəyişikliklər və planlaşdırılan fəaliyyətlərlə bağlı Suriya Prezidenti Əhməd əş-Şəraaya məlumat verilib. Əl-Əhmədin sözlərinə görə, Şəraa ölkənin bütün vilayətlərində seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb və ölkənin parçalanmasına dəstək verənlər və məzhəbçiliyə çağıranların prosesdən kənarlaşdırılmalı olduğunu bildirib.

    Əl-Əhməd qeyd edib ki, parlamentdəki deputat sayı 150-dən 210-a yüksəldiləcək.

    “Müvəqqəti seçki sisteminə dair fərman imzalandıqdan sonra alt komitələrin formalaşdırılması üçün bir həftə vaxt lazım olacaq. Bu komitələrə isə 15 gün müddət veriləcək. Sonra namizədlərin qeydiyyatı başlayacaq. Namizədlərə seçki proqramlarını hazırlamaları üçün bir həftə vaxt veriləcək” – deyə, o bildirib.

    Parlament seçkilərinin 15-20 sentyabr tarixləri arasında keçirilməsi planlaşdırılır. Əl-Əhməd bildirib ki, qadın namizədlərin ümumi namizədlər arasında ən azı 20 faiz təşkil etməsi gözlənilir. Seçki prosesi Ali Seçki Komissiyasının nəzarəti altında aparılacaq və ictimaiyyətin və beynəlxalq təşkilatların müşahidəsinə açıq olacaq. Eyni zamanda, namizəd siyahılarına və nəticələrə etiraz etmək hüququ da təmin ediləcək.

    Qeyd edək ki, ötən il 8 dekabr tarixində Suriyada müxalifət qüvvələri Dəməşqə daxil oldular və Bəşşar Əsəd prezident postunu tərk edərək ölkəni tərk etdi. Suriyanın faktiki lideri Əhməd əş-Şəraa oldu.

    #Suriya #seçkilər #parlament #parlament seçkiləri #Suriya siyasi dəyişikliyi #Suriya siyasi keçid prosesi #Suriya siyasi dəyişiklikləri #Suriya dövlətinin yeni siyasi qərarları #Əhməd əş-Şəraa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    Suriya Prezidenti ABŞ-ın xüsusi təmsilçisi ilə görüşüb

    2 Dekabr 2025 12:31

    Dirçəliş Hələbdən başladı – Prezident Əhməd əş-Şəraa

    1 Dekabr 2025 15:32

    Suriya Aralıq dənizi əməkdaşlıq forumunda iştirakını bərpa edib

    1 Dekabr 2025 14:47

    Suriya ərazisində İsrail qüvvələrinin hərbi fəaliyyəti artıb

    1 Dekabr 2025 14:05

    Qırğızıstan Nazirlər Kabinetinin sədri erkən parlament seçkilərində səs verib

    30 Noyabr 2025 16:06

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    İsrail ordusu helikopter və top atəşi ilə Suriyaya hücum edib

    28 Noyabr 2025 10:55

    Çin Dəməşqdəki səfirliyini 2026-cı ilin əvvəlində yenidən açacaq

    24 Noyabr 2025 13:21

    İki ayağını Əfqanıstanda itirən Mast Suriya sanksiyalarının ləğvinə dəstək verib

    22 Noyabr 2025 22:23
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 8 Dekabr

    Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.