Əsas səhifə » Numan Kurtulmuş yenidən TBMM-nin sədri seçildi

Numan Kurtulmuş yenidən TBMM-nin sədri seçildi

BAKI, AzerVoice

Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən seçkilərin üçüncü turunda Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Numan Kurtulmuş yenidən sədr seçildi.

AzerVoice-un məlumatına görə, üçüncü turda 329 səs toplayan Kurtulmuş, parlamentin növbəti dövründə də TBMM sədri olaraq vəzifəsini davam etdirəcək.

Qeyd edək ki, ikinci turda heç bir namizəd seçilmək üçün lazım olan 400 səsə çata bilmədiyi üçün üçüncü tura keçilmişdi. İkinci turda Kurtulmuş 306 səs, Cümhuriyyət Xalq Partiyası (CHP) millət vəkili Uğur Bayraktutan 120 səs, DEM Partiya millət vəkili Osman Cengiz Çandar 47 səs, İYİ Parti millət vəkili Mustafa Cihan Paçacı 27 səs, Yeni Yol Partiyası millət vəkili Mehmet Karaman isə 30 səs almışdı. İki səs boş, 11 səs isə etibarsız sayılmışdı.

Üçüncü turda TBMM sədri seçilə bilmək üçün üzvlərin tam sayısının sadə çoxluğu olan 301 səs tələb olunurdu. Nəticədə Numan Kurtulmuş bu dəstəyi alaraq yenidən TBMM-yə sədr seçildi.

Digər Kateqoriyalar

2025 © Azervoice