BAKI, AzerVoice
NATO sammiti yekunlaşdı- 2026-cı il Zirvəsi Türkiyədə keçiriləcək.
AzerVoice xəbər verir ki, iyunun 24-25-də Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Dövlət və Hökumət Başçıları Sammiti başa çatıb və tədbirin sonunda yekun bəyannamə açıqlanıb.
Bəyannaməyə əsasən, NATO-ya üzv ölkələr müdafiə xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbətini 2035-ci ilə qədər 5 faizə çatdırmaq barədə razılığa gəliblər. Bu qərar Alyansın kollektiv müdafiə qabiliyyətini gücləndirmək məqsədilə qəbul edilib.
Bəyannamədə həmçinin bildirilir ki, 2026-cı il NATO Zirvəsi Türkiyədə baş tutacaq. Bu qərar Türkiyənin Alyans çərçivəsində artan rolunu və strateji əhəmiyyətini bir daha vurğulayır.
Qeyd edək ki, Haaqada keçirilən builki sammitdə üzv dövlətlərin rəhbərləri qlobal təhlükəsizlik çağırışları, Ukrayna ilə bağlı dəstək planları, eləcə də NATO-nun gələcək texnoloji və müdafiə strategiyaları barədə müzakirələr aparıblar.