BAKI, AzerVoice
İsrailin maliyyə naziri Smotriç Məscidül-Əqsa ilə bağlı təxribat xarakterli təkliflə çıxış edib.
AzerVoice xəbər verir ki, İsrailin
ifrat sağçı maliyyə naziri Bezalel Smotriç işğal altındakı Şərqi
Qüdsdə yerləşən Məscidül-Əqsanın yerində yəhudi məbədinin
tikilməsini arzuladığını və bu məqsədlə maliyyə dəstəyini şəxsən
təmin edəcəyini bəyan edib.
O, Köhnə Şəhərdəki Buraq divarında çıxışı zamanı bu fikirləri
səsləndirib və "büdcə mənim üzərimdədir" deyə bildirib. İsraildə
bəzi radikal qruplar “üçüncü məbəd” ideyasını irəli sürərək Əl-Əqsa
kompleksinin yerinin dəyişdirilməsini tələb edirlər.
Qeyd edək ki, hər il İsrailin 1967-ci ildə Şərqi Qüdsü işğal etməsini qeyd edən fanatik qrupların “bayraq yürüşü” keçirilir. Bu yürüş zamanı ifrat sağçılar fələstinlilərin yaşadığı ərazilərdə təxribat törədir və zorakılıq halları baş verir. Beynəlxalq hüquqa görə, Şərqi Qüds işğal olunmuş ərazi hesab olunur.