Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qərb sahilinin ilhaqına dair plan regionda təhlükəsizliyin təmin edilməsinə mane olacaq - Fələstin

    1 Sentyabr 2025 21:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Fələstin rəhbərliyi bəyan edib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq planı bölgədə və dünyada sabitlik və təhlükəsizliyin təmin edilməsinə mane olacaq.

    AzerVoice xəbər verir ki, məsələ ilə bağlı Fələstin Prezident Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeinə açıqlama verib.

    Əbu Rudeinə vurğulayıb ki, məskunlaşma siyasəti kimi ilhaq planlarının heç bir legitimliyi yoxdur və bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə qınanıb və rədd edilib:

    “Belə addımlar bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasının qarşısını alacaq.”

    Onun sözlərinə görə, İordan çayının qərb sahilini ilhaq etmək və İsrailin suverenlik tətbiq etməyə cəhdləri beynəlxalq hüququn və BMT qətnamələrinin pozulmasıdır. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının 242 (1967), 338 (1973) və 2334 (2016) saylı qətnamələri bu cür hərəkətləri etibarsız elan edir və işğalın legitimləşdirilməsinə yol vermir.

    Əbu Rudeinə əlavə edib ki, İsrail hökuməti atdığı addımlarla Qəzzadakı müharibəni dayandırmaq, İordan çayının qərb sahilində zorakılığı azaltmaq və iki dövlətli həll yolunu təmin etmək imkanlarını qəsdən məhdudlaşdırır. O, beynəlxalq ictimaiyyəti İsrailin bu planlarının qarşısını almaq üçün ciddi və praktik addımlar atmağa, Fələstin dövlətini tanımağa və 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin qurulmasına dəstək verməyə çağırıb.

    Fələstin Prezident Administrasiyasının sözçüsü bir daha vurğulayıb ki, İsrailin Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin torpaqları üzərində heç bir suverenliyi yoxdur. Onun sözlərinə görə, İsrailin işğalı və məskunlaşma fəaliyyəti beynəlxalq hüquqa ziddir və buna dərhal son qoyulmalıdır. O, ABŞ-ı da İsrailin məsuliyyətsiz və təhlükəli siyasətinə dəstək verməməyə çağırıb.

    Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşündə Tel-Əviv rəhbərliyinin yaxın aylarda İordan çayının qərb sahilini ilhaq etməyə hazırlaşdığını bildirib.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #BMT #BMT TŞ #İordan çayının qərb sahili #Nabil Əbu Rudeyne #BMT Təhlükəsizlik Şurası #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.