BAKI,AzerVoice
Suriyanın prezidenti Əhməd Əl-Şəraa çərşənbə axşamı bildirib ki, Suriya “uyğun olmayan siyasi sistemlərin reallaşdırılması üçün sınaq meydanına çevrilməməlidir” və vurğulayıb ki, ölkənin birliyi, silahın yalnız dövlətin nəzarətində olması təmin edilməlidir və Suriya bölünməyəcək.
O bu fikirləri bu gün Dəməşqdə yerləşən Xalq Sarayında keçirilən Milli Dialoq Konfransının açılış iclasında səsləndirib. Təəssüflər olsun ki , bu iclasa Suriya Türkmən Məclisinin nümayəndələri dəvət almayıb.
Prezident yeni hakimiyyətin “ağrılı və sarsıdıcı qərarlar” qəbul etməli olacağını vurğulayaraq suriyalılara “səbirli olmağı” tövsiyə edib.
Milli Dialoq Konfransı başlayıb
Bu gün Milli Dialoq Konfransı işə başlayıb. Bu konfrans yeni hakimiyyətin keçid dövrünü idarə etmək cəhdlərinin bir hissəsidir. Qeyd edək ki, Əsədin devrilməsindən sonra yeni hakimiyyətin rəhbərliyi altında Dəməşqə səfər edən beynəlxalq nümayəndə heyətləri Suriya cəmiyyətinin bütün təbəqələrinin təmsil olunmasının vacibliyini dəfələrlə vurğulayıblar.
Konfransın Təşkilat Komitəsinin sədri Məhər Aluş bildirib ki : “Bu tədbir Suriya xalqının bütün təbəqələrinin geniş iştirakı ilə keçirilir və qarşıdakı dövr üçün təməl prinsipləri müəyyən etmək məqsədi daşıyır.”
Müzakirə olunan əsas mövzular:
Keçid ədaləti məsələləri
Konstitusiya quruculuğu
İqtisadi və institusional islahatlar
Suriyanın ərazi bütövlüyü
Ümumi, fərdi və siyasi azadlıqlar
Konfransda əldə olunan razılaşmalar əsasında konstitusiya bəyannaməsi, iqtisadi model və islahat planı hazırlanacaq.