Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Parisdə Suriyanın və İsrailin nazirləri ABŞ vasitəçiliyi ilə görüşüb

    25 İyul 2025 10:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Fransa paytaxtı Parisdə cümə axşamı Suriyanın xarici işlər naziri Əsəd Şeybani ilə İsrailin strateji məsələlər naziri Ron Dermer arasında əvvəlcədən görünməmiş səviyyədə görüş keçirilib. Görüşün ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tom Brakın vasitəçiliyi ilə baş tutduğu bildirilib.

    AzerVoice xəbər verir ki, bu haqda Amerikalı diplomat Tom Brak sosial şəbəkə platforması "X" üzərindən yayımladığı açıqlamada bildirib.

    “Bu axşam Parisdə suriyalılar və israillilərlə görüşdüm. Məqsədimiz dialoq və gərginliyin azaldılması idi və bunu nailiyyətlə yerinə yetirdik. Bütün tərəflər bu səyləri davam etdirmək öhdəliyini bir daha təsdiqlədi.”-deyə o paylaşım edib.

    Görüşə dair məlumat verən yüksək səviyyəli diplomatik mənbə qeyd edib ki, bu dialoqun aparılmasına ABŞ elçisinin təşəbbüsü ilə şərait yaradılıb.

    Qeyd edək ki, görüş Suriya cənubunda – əsasən druzların yaşadığı Süveyda vilayətində 13 iyul tarixində başlayan və bir həftə ərzində 1200-dən çox insanın həlak olduğu qanlı toqquşmalar fonunda təşkil edilib. Silahlı toqquşmalar yerli druzlar və bədəvilər arasında başlasa da, tezliklə hökumət qüvvələri və tayfa silahlıları da bu prosesə qoşulub. Həmin günlərdə İsrailin Dəməşqdəki rəsmi obyektlərə və Süveydədəki hərbi hədəflərə zərbələr endirdiyi bildirilir.

    Məlumata əsasən, ABŞ elçisi və Suriya naziri cümə günü Fransanın xarici işlər naziri Jan-Noel Baro ilə də görüş keçirəcəklər.

    Xatırladaq ki, 2024-cü ilin dekabrında Bəşşar Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn Suriya keçid administrasiyası qonşularla münaqişədən uzaq dayanmaq niyyətində olduğunu bəyan etmişdi.

    Qeyd olunur ki, bu görüşdən əvvəl – 12 iyul tarixində Azərbaycanın paytaxtı Bakıda Suriya keçid prezidenti Əhməd Şərəin səfəri çərçivəsində suriyalı və israilli rəsmilər arasında daha bir görüş baş tutmuşdu. Bu haqda Dəməşqdəki diplomatik mənbələr məlumat yayıb.

    #ABŞ #Xarici İşlər Nazirliyi #Suriya #Paris #XİN #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Müdafiə Nazirliyi #Suriya siyasi həll #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #Suriya və İsrail gərginliyi #İsrail və Suriya münasibətləri #İsrailin Suriya sərhədindəki mövqeyi #İsrailin Suriya ilə bağlı gələcək planları hansılardır? #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Əsəd əl-Şeybani #İsrail Suriya siyasəti #Suriya İsrail gərginliyi #Suriya İsrail danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verdi

    20 Yanvar 2026 10:45

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    19 Yanvar 2026 10:46

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    18 Yanvar 2026 22:30

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00

    Səudiyyə Ərəbistanının yardım agentliyi ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir

    17 Yanvar 2026 16:44

    Suriya ordusu Rəqqaya girdi

    17 Yanvar 2026 15:25

    Tramp İran üzərinə hücum əmrini vermək istədi, lakin fikrini dəyişdi

    17 Yanvar 2026 13:15

    ABŞ Qrenlandiya planını dəstəkləməyən ölkələrə gömrük vergisi tətbiq edə bilər

    17 Yanvar 2026 12:44

    İsrail və ABŞ süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başladır

    17 Yanvar 2026 12:05

    Suriyada Kürd dili rəsmi dil elan edildi

    17 Yanvar 2026 11:40

    Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya səfər edəcək

    16 Yanvar 2026 15:21
    Demo
    XƏBƏR LENTİ

    ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verdi

    Livan ordusunun rəhbəri Rodolf Haykal hərbi dəstək paketini müzakirə etmək üçün Vaşinqtona gedir

    Türkiyə XİN 20 Yanvar şəhidlərinin xatirəsini anıb

    Ceyhun Bayramov İrandakı vətəndaşlarımızın vəziyyətini açıqladı

    Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir

    “Mançester Yunayted” Ruben Neveş üçün “Əl-Hilal”a rəsmi təklif göndərdi

    Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb

    İsrail ABŞ-ın tələblərinə baxmayaraq Rəfah keçid məntəqəsini açmaqdan imtina etdi

    “Ayntraxt Frankfurt”da məşqçilər heyətində dəyişikliklər davam edir

    “TikTok” Avropada gücləndirilmiş yaş yoxlamalarını tətbiq etməyə hazırlaşır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.