BAKI, AzerVoice
Suriya Xarici İşlər Nazirliyinin ABŞ siyasi məsələlər üzrə baş direktoru Quteybə İdlibi, Türkiyənin Suriyanın yeni rəhbərliyinin beynəlxalq aləmdə qəbul olunması və bu ölkəyə tətbiq edilən sanksiyaların aradan qaldırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
AzerVoice xəbər verir ki, Suriyanın şimal-şərq bölgəsinin inteqrasiya prosesi, Şamın ABŞ və Türkiyə ilə münasibətləri və İsrailin bölgədəki siyasəti ilə bağlı bir sıra mühüm məqamlara toxunub.
Türkiyənin Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi istiqamətində səylərini vurğulayan İdlibi “Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türk hökuməti xüsusilə siyasi müstəvidə ciddi səylər göstərərək Suriyaya tətbiq edilən sanksiyaların azaldılması üçün təsirli addımlar atıb. Ankaranın Vaşinqtonla apardığı uzunmüddətli danışıqlardan sonra ABŞ, Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı təzyiq altına düşüb. Bu siyasi dəstək təkcə ölkənin iqtisadi dirçəlişinə deyil, eyni zamanda Suriyanın birliyinin qorunmasına və Türkiyə ilə münasibətlərin yenidən güclənməsinə xidmət edir.” - deyə qeyd edib.
İdlibi, Suriyanın yeni regional əməkdaşlıq yanaşmasının təkcə ölkə daxilində deyil, bütün bölgədə rifah və sabitliyə töhfə verəcəyini qeyd edib. O əlavə edib ki, “Türkiyə ilə Suriya arasındakı münasibətlər sadəcə sərhəd qonşuluğu ilə məhdudlaşmır. Əksinə, bu münasibətlər əsrlər boyu formalaşan ortaq tarixə söykənir.”