Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Parisdə Suriya-İsrail görüşü - heç bir yekun saziş əldə olunmayıb

    27 İyul 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – Suriya və İsrail nümayəndə heyətləri arasında Parisdə ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüş yalnız hərbi gərginliyin azaldılmasına və 1974-cü il tarixli “atəşkəsin bərpası” razılaşmasının yenidən işə salınmasına yönəlib. Görüşdə heç bir yekun saziş əldə olunmayıb.

    Suriyanın rəsmi mənbələri bildirib ki, görüşün məqsədi İsrailin son hərbi əməliyyatları nəticəsində Cənubi Suriyada yaranmış təhlükəli eskalasiyanı cilovlamaq və qarşılıqlı təmas kanallarını bərpa etmək olub. Görüşdə tərəflər arasında diplomatik normativlər daxilində ilkin məsləhətləşmələr aparılıb.

    ABŞ-ın Suriyaya xüsusi elçisi Tomas Barak “X” platformasında paylaşım edərək bildirib ki, Parisdə suriyalı və israilli nümayəndələrlə bir araya gəlib. Suriya tərəfi görüş zamanı İsraili eskalasiyanın əsas məsuliyyəti daşıyan tərəf kimi göstərərək onun “təcavüzkar siyasətindən” əl çəkməsini tələb edib.

    Suriyalı nümayəndələr həmçinin bəyan ediblər ki, “Suriyanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu ola bilməz” və İsrailin son zamanlar irəlilədiyi mövqelərdən dərhal geri çəkilməsi tələb olunub.

    Süveyda toqquşmaları və İsrailin müdaxiləsi fonunda görüş

    Görüş, 13 iyulda Druzlar və Bədəvilər arasında başlayan və qısa müddətdə dövlət qüvvələri ilə silahlı qarşıdurmalara çevrilən Süveyda toqquşmalarından sonra keçirilib. Suriyadakı insan haqları müşahidəçiləri toqquşmalar nəticəsində 1400-dən çox insanın həlak olduğunu, onlardan yüzlərlə nəfərin “meydanlarda edam edildiyini” bildirib.

    İsrail isə toqquşmalar fonunda Dəməşqdəki rəsmi obyektlərə və hökumət qüvvələrinin məntəqələrinə hava zərbələri endirib. Tel-Əviv bildirib ki, məqsədləri bölgədəki druz azlığının təhlükəsizliyini təmin etməkdir.

    1974-cü il razılaşmasının bərpası müzakirə olunur

    Görüşdə həmçinin 1974-cü ildə imzalanmış Suriya-İsrail atəşkəs razılaşmasının yenidən işə salınması və bu prosesə beynəlxalq təminatlar verilməsi məsələsi də gündəmə gəlib. Bu, BMT-nin bölgədə yenidən nəzarət missiyası qurması ilə mümkün ola bilər.

    Müşahidəçilərin fikrincə, ABŞ nə Suriya, nə də İsrail tərəfinin yaxın zamanda diplomatik münasibət qurmasını hədəfləmir. Hazırda prioritet məqsəd qarşılıqlı təhdidlərin azaldılması və sərhəd bölgələrində sabitliyin təmin edilməsidir.

    Eyni zamanda, ABŞ-ın rəsmi siyasəti Suriya rejimini İrana daha da yaxınlaşdıracaq addımlardan çəkinmək və Dəməşqin Qərb tərəfdaşlığına qayıdışına şərait yaratmaqdır.

    Növbəti mərhələ nə olacaq?

    Paris görüşünün sonunda yeni görüşlərin keçirilməsi və sabitlik üçün təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Əvvəlki məlumatlara görə, 12 iyulda Bakıda Suriya və İsrail rəsmiləri arasında daha bir görüş baş tutmuşdu.

    Suriya hakimiyyəti isə 2024-cü ilin dekabrında dəyişdikdən sonra İsraillə birbaşa danışıqlardan yayınaraq, “gərginliyi azaltmağa yönəlmiş texniki təmaslar” apardıqlarını bəyan edib. Bu təmasların əsas istinadı isə 1974-cü il atəşkəs razılaşmasıdır.

    #Suriya #Druz #Suriyada hərbi əməliyyatlar 2025 #Suriya müxalifəti #Suriya rejimi və Livan siyasəti #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #Suriya hava məkanı #Suriya-Azərbaycan münasibətləri #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #Druz dağı #Druz Hərbi Şurası #Druzların siyasi mövqeyi #Druz muxtariyyəti təşəbbüsü #Druz tayfaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    Suriya prezidenti sabah Moskvada Putin ilə görüşəcək

    27 Yanvar 2026 19:55

    Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

    27 Yanvar 2026 19:29

    Yaxın Şərqdə silahlı qruplaşmaların "Qızıl Dövrü" bitir?

    26 Yanvar 2026 16:44
    XƏBƏR LENTİ

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.