BAKI,AzerVoice
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı ilə Mingəçevir şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.
AzerVoice xəbər verir ki, tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları mövzusunda təqdimatı olub.
Qeyd edək ki, bu, sayca on doqquzuncu belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan, Qusar şəhərlərində təşkil olunub.
Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.