Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə Nazirlər Kabineti regional böhranlar fonunda toplantı keçirib

    2 Fevral 2026 18:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident kompleksində – Beştəpədə keçirilib.

    AzerVoice xəbər verir ki, iclasın əsas gündəm mövzusu xarici siyasət məsələləridir. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik Nazirlər Kabinetində əsas müzakirə predmeti kimi ön plana çıxır.

    Məlumata görə, Ankara uzun müddətdir iki ölkə arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə vasitəçilik səyləri göstərir. Bu çərçivədə prezident Ərdoğan daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq tərəfləri gərginliyi azaltmağa çağırıb.

    Həmçinin Türkiyənin Vaşinqton administrasiyasına ABŞ–İran–Türkiyə formatında üçtərəfli sammitin keçirilməsi ilə bağlı təklif təqdim etdiyi bildirilir. İclas zamanı İran məsələsi ətrafında irəli sürülən son təşəbbüslər və Ankaranın mümkün addımları da müzakirə olunur.

    Gündəliyin ayrıca bölməsi Yaxın Şərqdəki proseslərə həsr olunub. Nazirlər Kabinetində Suriya administrasiyası ilə SDQ arasında əldə olunan yeni razılaşma, inteqrasiya prosesi, Qəzza sektorundakı vəziyyət və İsrailin davam edən hücumları, eləcə də bu hadisələr fonunda Türkiyənin mövqeyi və mümkün reaksiya tədbirləri nəzərdən keçirilir.

    Analitiklərin fikrincə, iclasın nəticələri Ankaranın regional böhranlar kontekstində diplomatik xəttinin formalaşmasında mühüm rol oynaya bilər.

    #Türkiyə Nazirlər Kabineti regional böhranlar fonunda iclas keçirir #Ankarada Nazirlər Kabinetinin iclası: ABŞ–İran gərginliyi gündəmdə #Türkiyə hökuməti ABŞ və İran böhranını müzakirə edir #Nazirlər Kabinetində Suriya və Qəzza məsələləri nəzərdən keçirilir #Ankara regional böhranlara dair mövqeyini formalaşdırır #Türkiyə hökumətinin iclasında xarici siyasət ön planda #Türkiye Kabinesi bölgesel krizler gündemiyle toplandı #Ankara’da Kabine toplantısında ABD–İran gerilimi masada #Türkiye hükümeti dış politika krizlerini değerlendiriyor #Kabine gündeminde İran #Suriye ve Gazze var #Ankara’dan bölgesel krizlere diplomatik mesaj #Türkiye Kabinesi kritik gündemle Beştepe’de toplandı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İran nümayəndələri arasında görüş İstanbulda baş tutacaq

    2 Fevral 2026 19:51

    Türkiyə Nazirlər Kabineti regional böhranlar fonunda toplantı keçirib

    2 Fevral 2026 18:36

    Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

    2 Fevral 2026 13:52

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Robert Kolleci idarəçisi Epşteynə məktubunda Türkiyənin mühafizəkarlığını şikayət edib - Türkiyə KİV

    1 Fevral 2026 00:40

    Baykar 2025-ci ildə də dünya SİHA ixrac bazarında liderliyini qoruyub

    31 Yanvar 2026 21:42

    Türkiyədə istehlakçı şikayətləri 900 mini keçib

    31 Yanvar 2026 18:20

    Cinayətkar qrupun rəhbərlərindən biri Türkiyəyə ekstradisiya olundu

    31 Yanvar 2026 09:41

    Prezident Ərdoğan İranın XİN rəhbərini qəbul edib

    30 Yanvar 2026 20:52

    Fidan və Əraqçi birgə bəyanatda İrana hərbi müdaxiləyə qarşı olduqlarını bildiriblər

    30 Yanvar 2026 16:29

    Türkiyə və Azərbaycan gələcək nizamın memarına çevrilir

    30 Yanvar 2026 10:57

    Türkiyə İran-ABŞ gərginliyinin azaldılması üçün vasitəçilik səylərini gücləndirir

    30 Yanvar 2026 10:50
    Demo
    XƏBƏR LENTİ

    Fironların varisləri olduqlarını iddia edən Misir qiptilərinin keçmişi və bu günü

    ABŞ İran nümayəndələri arasında görüş İstanbulda baş tutacaq

    Rusiya Ukraynanın energetika infrastrukturuna zərbələri bərpa edib

    Türkiyə Nazirlər Kabineti regional böhranlar fonunda toplantı keçirib

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

    “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Mingəçevir şəhərində baş tutdu

    Suriya ordusu Həsəkəyə daxil oldu

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.