Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

    24 Yanvar 2026 23:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Suriya hökumətinin terrorçu YPG/SDQ-yə verdiyi dörd günlük atəşkəs müddəti başa çatıb. Rəsmi Dəməşq atəşkəsin uzadılması ilə bağlı yayılan iddiaları təkzib edərək, prosesin yekunlaşdığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin Ərəb Ölkələri üzrə idarəsinin rəhbəri Məhəmməd Taha əl-Əhməd dövlətin rəsmi informasiya agentliyi SANA-ya bildirib ki, Haseke vilayətinin gələcəyi və YPG/SDQ-nin dövlət strukturlarına inteqrasiyası ilə bağlı verilən dörd günlük müddət uzadılmayıb. Onun sözlərinə görə, YPG/SDQ atəşkəsi uzatmaq adı ilə vaxt qazanmağa və Suriya dövlətini çətin vəziyyətdə qoymağa çalışıb.

    Əhməd vurğulayıb ki, Suriya rəhbərliyi YPG/SDQ-yə dövlətin yüksək vəzifələrində təmsil olunmaq imkanları təklif etsə də, bu istiqamətdə indiyədək heç bir müsbət cavab verilməyib. Əksinə, atəşkəs dövründə dəfələrlə pozuntular qeydə alınıb ki, bu da təşkilat daxilində parçalanmaların və qərarların dar qruplaşmaların təsiri altında verildiyini göstərir.

    Nazirlik rəsmisi qeyd edib ki, Suriyada bütün ağır, orta və yüngül silahlar yalnız Müdafiə və Daxili İşlər nazirliklərinin nəzarətində olmalıdır və bu strukturlardan kənar silahlı birləşmələrə ehtiyac yoxdur. PKK üzvlərinin Suriya ərazisinə daxil olması isə beynəlxalq hüququn və ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndirilib. Bu səbəbdən terrorçu PKK-ya qarşı hüquqi tədbirlərin görüləcəyi bildirilib.

    Xatırladaq ki, daha əvvəl SANA hökumətlə YPG arasında Haseke vilayətinin gələcəyi ilə bağlı bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edildiyini, bu çərçivədə təşkilata dörd günlük möhlət verildiyini açıqlamışdı. Həmin müddətin başa çatması ilə Suriyada yeni mərhələnin başlandığı bildirilir.

    #Suriyada YPG/SDG-yə verilən atəşkəs müddəti başa çatdı #Dəməşq atəşkəsin uzadılması iddialarını təkzib etdi #Suriya PKK-ya qarşı hüquqi addımlar atacağını açıqladı #Haseke ilə bağlı danışıqlarda atəşkəs mərhələsi bitdi #Suriya hökuməti YPG/SDG ilə bağlı mövqeyini sərtləşdirdi #Suriyada silahlı qruplarla bağlı yeni qərar #Suriye’de SDG’ye tanınan ateşkes sona erdi #Şam yönetimi ateşkes uzatıldı iddialarını yalanladı #Suriye’den PKK’ya karşı yasal adım mesajı #Haseke sürecinde ateşkes dönemi kapandı #YPG/SDG ile müzakerelerde yeni aşama #Suriye yönetiminden net SDG açıklaması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    9 Fevral 2026 23:13

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    9 Fevral 2026 22:32

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.