Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

    24 Yanvar 2026 22:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    NATO alyansı yaxın iki il ərzində şərq cinahında müdafiə imkanlarını kəskin şəkildə artırmağı planlaşdırır.

    AzerVoice xəbər verir ki, alyansın quru qoşunları üzrə generalı Tomas Lovinin açıqlamasına görə, bu çərçivədə robotlaşdırılmış sistemlər və avtomatlaşdırılmış silah platformaları əsas rol oynayacaq.

    Almaniyanın “Welt am Sonntag” nəşrinə danışan general NATO-nun Rusiya və Belarusla həmsərhəd bölgələrdə silah-sursat ehtiyatlarını artıracağını bildirib. Planlara əsasən, sərhəd zonalarında uzaqdan idarə olunan robot sistemləri ilə təchiz edilmiş xüsusi müdafiə sahələri yaradılacaq. Bu sistemlərin mümkün hücum zamanı qarşı tərəfin irəliləyişini ləngitməsi və NATO hərbçiləri arasında itkilərin minimuma endirilməsi nəzərdə tutulur.

    Yeni konsepsiya çərçivəsində müşahidə mexanizmləri yerüstü, hava, kosmik və rəqəmsal mühitlər üzrə məlumat toplayacaq. Toplanan məlumatlar real vaxt rejimində alyans üzvü ölkələrə ötürüləcək ki, bu da qərarların daha sürətli qəbuluna və koordinasiyanın gücləndirilməsinə imkan verəcək.

    General Lovin vurğulayıb ki, yüksək texnoloji imkanlara baxmayaraq, əsas çəkindirici qüvvə yenə də canlı qüvvə olaraq qalacaq. Onun sözlərinə görə, pilotsuz və robot sistemləri təkbaşına uzunmüddətli qarşısınıalma təmin edə bilməz.

    “Şərq cinahında çəkindirmə xətti” adlanan bu yeni müdafiə konsepsiyasının 2027-ci ilin sonuna qədər tam formalaşdırılması planlaşdırılır. Konsepsiyanın hazırlanmasında Ukraynanın Rusiya ilə müharibə zamanı əldə etdiyi müdafiə təcrübəsi də nəzərə alınıb.

    #NATO şərq cinahını robotlar və dronlarla möhkəmləndirir #NATO Rusiya sərhədində yeni texnoloji müdafiə xətti qurur #Şərq cinahında NATO-dan robotlaşdırılmış müdafiə planı #NATO-nun şərq sərhədlərində pilotsuz sistemlər yerləşdiriləcək #NATO Ukrayna təcrübəsini şərq cinahında tətbiq edir #NATO 2027-yə qədər şərq cinahını gücləndirəcək #NATO doğu kanadını robotlar ve dronlarla güçlendirecek #NATO’dan Rusya sınırında yeni savunma hattı #Doğu kanadında NATO’nun robot savunma planı #NATO sınır bölgelerinde insansız sistemler kuracak #NATO Ukrayna tecrübesini savunmaya taşıyor #NATO 2027’ye kadar doğu kanadını tahkim edecek
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

    24 Yanvar 2026 23:28

    NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

    24 Yanvar 2026 22:30

    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

    24 Yanvar 2026 21:55

    2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

    24 Yanvar 2026 21:21

    ABŞ-da immiqrasiya agentlərinin məsuliyyətsizliyi tənqid edilir

    24 Yanvar 2026 20:42

    Putin və Buşun gizli telefon danışıqları yayımlanıb: “Əmrinizə tabeyəm”

    24 Yanvar 2026 19:49

    Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

    24 Yanvar 2026 19:31

    Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

    24 Yanvar 2026 19:02

    ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq

    24 Yanvar 2026 18:42

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    24 Yanvar 2026 16:24

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    24 Yanvar 2026 15:52

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    24 Yanvar 2026 15:00
    Demo
    XƏBƏR LENTİ

    YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

    NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

    Rusiya İstanbulda dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib

    2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

    Lilit: Mesopotamiya və yəhudi mifologiyasinin qaranliq siması

    ABŞ-da immiqrasiya agentlərinin məsuliyyətsizliyi tənqid edilir

    Putin və Buşun gizli telefon danışıqları yayımlanıb: “Əmrinizə tabeyəm”

    Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

    Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.