Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Putin və Buşun gizli telefon danışıqları yayımlanıb: “Əmrinizə tabeyəm”

    24 Yanvar 2026 19:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    2000-ci illərin əvvəllərində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Corc Buş arasında baş tutmuş telefon danışıqlarının mətnləri ictimaiyyətə açıqlanıb və iki lider arasında o dövrdə formalaşan yaxın siyasi dialoqu üzə çıxarıb.

    AzerVoice xəbər verir ki, London mərkəzli Səudiyyə nəşri Majalla 2001–2003-cü illəri əhatə edən telefon danışıqlarının sənədlərini yayımlayıb. Sənədlərə əsasən, 11 sentyabr terror hücumlarından dərhal sonra Buşla əlaqə saxlayan ilk xarici liderlərdən biri Vladimir Putin olub və Moskva Vaşinqtonun terrorizmə qarşı mübarizəsinə açıq dəstək nümayiş etdirib.

    Yayımlanan materiallarda Putinin Çeçenistan və Gürcüstandakı hərbi əməliyyatları da terrorizmə qarşı mübarizə kontekstində təqdim etməyə çalışdığı bildirilir. 12 sentyabr 2001-ci il tarixli telefon danışığında Corc Buş Putinə dəstəyə görə təşəkkür edib. Putin isə cavabında “Tamamilə yanınızdayam, əmrinizə tabeyəm” ifadəsini işlədib.

    Sənədlərə görə, Putin ABŞ rəhbərliyinə Rusiyanın həmrəyliyini göstərmək məqsədilə ölkə üzrə matəm tədbirləri keçirildiyini, bayraqların endirildiyini və əyləncə tədbirlərinin dayandırıldığını da bildirib. Danışıqlarda Moskvanın Vaşinqtondan əsas tələbləri sırasında Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən imtina, hərbi-texniki sahədə anlaşmalar, kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi və terrorizmə qarşı birgə fəaliyyət yer alıb.

    Majalla-nın yayımladığı digər sənədlərdə 2003-cü ilin martında, İraqın işğalından bir gün əvvəl keçirilmiş telefon danışığına da yer verilir. Həmin danışıqda Vladimir Putinin ABŞ-ın İraqa müdaxiləsinə kəskin etiraz etdiyi, bunu beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirdiyi qeyd olunur. Buna baxmayaraq, işğaldan sonra Moskvanın Səddam Hüseyn rejiminə açıq dəstək vermədiyi vurğulanır.

    Materiallarda bildirilir ki, 11 sentyabr hadisələrindən sonra Rusiya–ABŞ münasibətləri qısa müddətdə xeyli yaxınlaşıb və dialoq daha qeyri-rəsmi xarakter alıb. Lakin Vaşinqtonun Moskvanın əsas tələblərinə cavab verməməsi sonradan tərəflər arasında etimadın zəifləməsinə səbəb olub.

    #Putin və Buşun gizli danışıqları ilk dəfə üzə çıxdı #11 sentyabrdan sonra Moskva–Vaşinqton yaxınlaşması #Putin Buşa: Tamamilə yanınızdayam #ABŞ–Rusiya münasibətlərinin pərdəarxası detalları #İraq müharibəsi öncəsi Putin–Buş dialoqu #Majalla Putin və Buşun telefon sənədlərini yayımladı #Putin ve Bush’un gizli telefon görüşmeleri ortaya çıktı #11 Eylül sonrası ABD–Rusya yakınlaşması #Putin’den Bush’a dikkat çeken destek mesajı #Irak işgali öncesi kritik Putin–Bush konuşması #ABD–Rusya ilişkilerinin perde arkası #Majalla’dan çarpıcı telefon belgeleri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Somalidən İsrailə sərt cavab: "Somalilend" qərarı ləğv ediləcək

    12 Fevral 2026 08:04

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    11 Fevral 2026 22:00

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    11 Fevral 2026 20:22

    Kanadada məktəbdə terror aktı baş verib

    11 Fevral 2026 09:29

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    10 Fevral 2026 16:57

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52
    XƏBƏR LENTİ

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.