Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada 27 günlük körpə soyuqdan həlak olub

    17 Yanvar 2026 13:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin atəşkəsə baxmayaraq humanitar yardımın girişini məhdudlaşdırdığı Qəzza zolağında daha bir uşaq ölümü qeydə alınıb. Xan Yunis şəhərində 27 günlük körpə kəskin soyuq hava şəraiti səbəbindən həyatını itirib.

    AzerVoice xəbər verir ki, səhiyyə mənbələrindən verilən məlumata görə, Aişə Ayiş əl-Ağa adlı 27 günlük körpə bu gün Xan Yunisdə şiddətli soyuq səbəbindən dünyasını dəyişib.

    Körpənin ölümü ilə birlikdə, qış mövsümünün başlanğıcından bu yana Qəzza zolağında həddindən artıq soyuq səbəbilə həyatını itirən uşaqların sayı 8-ə çatıb.

    Yerli və tibbi mənbələr bildiriblər ki, bu ölümlər İsrailin atəşkəs rejiminə baxmayaraq Qəzzaya humanitar yardım girişlərini məhdudlaşdırması ilə birbaşa əlaqəlidir.

    Qida, dərman, tibbi ləvazimatlar, yanacaq və sığınacaq avadanlıqlarının bölgəyə girişinin məhdud olması səbəbindən yüz minlərlə fələstinli primitiv və qeyri-kafi çadırlarda yaşamaq məcburiyyətində qalıb.

    Mənbələr xüsusilə məcburi köçkün ailələrin soyuq hava şəraitinə qarşı qorunmasız ərazilərdə məskunlaşdığına diqqət çəkərək, mövcud vəziyyətin uşaqlar və körpələr üçün ciddi həyati risk yaratdığını vurğulayıblar.

    Qəzza sakinlərinin sığınacaq və səhiyyə xidmətlərinə çıxışda ciddi çətinliklər yaşadığı, yanacağın bölgəyə buraxılmaması səbəbindən isinmə imkanlarının demək olar ki, tamamilə aradan qalxdığı qeyd edilib.

    Bölgədə hökm sürən fırtınalı, yağışlı və soyuq hava şəraitinin, atəşkəs qüvvədə olsa da, dərinləşən humanitar böhranı daha da ağırlaşdırdığı bildirilib. Əsas ehtiyaclara çıxışın təmin olunmaması səbəbindən Qəzzada soyuq hava can almaqda davam edir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    İranla görüş çox yaxşı keçdi, gələn həftə yenidən görüşəcəyik - Tramp

    7 Fevral 2026 09:20

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.